Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AzMİU tələbələri plastik tullantılardan istifadə etməklə maket hazırlayıblar

AzMİU tələbələri plastik tullantılardan istifadə etməklə maket hazırlayıblar

22.10.2024 [18:17]

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “COP29: Dayanıqlı şəhərsalma və ekoloji çağırışlar” adlı forum çərçivəsində vörkşop keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Mühit dizaynı kafedrasının müəllimi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dizayneri Əsmər Məmmədovanın rəhbərliyi ilə tələbələr tullantılardan istifadə etməklə maketlər hazırlayıblar.

Eyni zamanda, tələbələr plastik tullantıların təkrar istifadəsinin əhəmiyyəti haqqında ətraflı məlumatlandırılıb. Əsmər Məmmədova tərəfindən davamlı və ekoloji cəhətdən faydalı layihələrin necə hazırlanacağı barədə onlara nəzəri və praktik biliklər verilib. Daha sonra iştirakçılar müxtəlif komandalara bölünərək plastik tullantılardan maketlər hazırlamaq üçün öz yaradıcılıqlarını işə salıblar.

Vörkşopun əsas məqsədi ekoloji maarifləndirmə ilə yanaşı, yaradıcı təkrar istifadə üsullarını öyrətmək olub. İştirakçılar plastik tullantılardan müxtəlif maketlər hazırlayaraq həm ekologiyaya töhfə verib, həm də dizayn bacarıqlarını inkişaf etdiriblər.

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31