Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanı dünya birinciliyində təmsil edəcək boksçular bəlli olub

Azərbaycanı dünya birinciliyində təmsil edəcək boksçular bəlli olub

22.10.2024 [15:58]

Oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mundialda Azərbaycan millisi 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Bilalhəbəşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Ömər Aslanlı (54 kiloqram), Tağı Nəsibov (57 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (63,5 kiloqram), Ziya Həsənov (71 kiloqram), Abbasqulu Şadlinski (75 kiloqram), Lalə Mədətova (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Qızbəs İsgəndər (60 kiloqram) və Emili Rzayevaya (63 kiloqram) şans verəcək.

Dünya birinciliyində Azərbaycanın beynəlxalq dərəcəli hakimi Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçusunun mübarizə aparacağı gözlənilir.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31