Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəfər tarixinin 25 Oktyabr səhifəsi

Zəfər tarixinin 25 Oktyabr səhifəsi

22.10.2024 [15:48]

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Ölkəmizin cənub-qərbində yerləşən Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Ermənistan işğalda saxladığı digər ərazilərdə olduğu kimi Qubadlı rayonu ərazisində də talançılıqla məşğul olmuş, bütün maddi-mədəni infrastrukturu yerlə yeksan etmişdir. Qubadlıda mövcud olan faydalı qazıntı ehtiyyatları da işğal dövründə Ermənistan tərfindən talan edilmişdir.

Əlverişli təbii-coğrafi mövqeyi olan Qubadlı rayonunda əkinçilik üçün daha geniş imkanlar vardır. İşğala qədər də rayon ərazisində çoxillik bitkilərin becərilməsi və üzümçülük üstünlük təşkil etmişdir.  

İşğal dövründə Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş Ermənistan Xanlıq kəndində qanunsuz məskunlaşma apararaq xaricdən gətirilən erməniləri xaricdə yaşayan ermənilərin pulu ilə burada salınan qəsəbədə yerləşdirmişdir. Bu isə hərbi cinayət hesab edilir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.

Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi və rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarının birində döyüş əməliyyatlarını təhlil edərkən Qubadlının azad edilməsini tarixi hadisə adlandırmışdır. Belə ki, ermənilər Qubadlıda güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu  peşəkarlıq, fədakarlıq göstərərək ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndlərini və strateji yüksəklikləri azad etdi. Oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis etmişdir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.

2020-ci il 23 dekabr tarixində Qubadlı rayonuna baş tutan ilk səfəri zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dövlət bayrağını ucaltmış, növbəti səfərləri zamanı isə çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlı rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Rayonun Baş planında Qubadlının təbiəti, tarixi keçmişi, memarlığı, eləcə də 2050-ci ilə qədərki inkişaf dinamikası nəzərə alınacaq.

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31