Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstan regional qaz kəmərinin tikintisində iştirak etmək niyyətindədir

Qazaxıstan regional qaz kəmərinin tikintisində iştirak etmək niyyətindədir

22.10.2024 [14:08]

Qazaxıstan hökuməti Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisində iştirak etməkdə maraqlı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Respublikasının energetika nazirinin müavini Erlan Akkenjenov Almatıda keçirilən Qazaxıstan-Əfqanıstan biznes forumunda çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, hazırda Qazaxıstanın bu infrastruktur layihəsində mümkün iştirakı ilə bağlı Türkmənistan tərəfi ilə danışıqlar aparılır.

Bu qaz kəmərinin ümumi uzunluğu 1814 kilometrdir. Marşrut Türkmənistandan - 214 kilometr, Əfqanıstandan - 774 kilometr, Pakistandan - Hindistanla sərhədə qədər - 826 kilometr olmaqla dörd dövlətin ərazisindən keçir.

2015-ci ilin dekabrında tikintisinə başlanılan qaz kəmərinin Türkmənistan hissəsində işlər başa çatıb. Əfqanıstan bölməsində tikinti işləri 2018-ci il fevralın 23-də başlayıb. Bu boru xətti ilə ildə 33 milyard kubmetrə qədər təbii qaz nəql olunacaq.

Layihənin ilkin dəyəri 10 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31