Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Astarada din xadimlərinin təklifləri dinlənilib

Astarada din xadimlərinin təklifləri dinlənilib

22.10.2024 [13:55]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 20-də Astara rayonunda yerləşən Qum, Vəznəş kənd, Kijəbə qəsəbəsi “Lovayn”, Pensər kəndinin “Hacı Teymur” Cümə və Cümə məscidlərini ziyarət edib.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşən R.Məmmədov bildirib ki, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir.

“Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olub və Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada bütün dinlərə hörmətlə yanaşılır, hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilir. Ölkəmizdə müxtəlif dinlərə aid ibadət yerlərinin təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir”, - deyə komitə sədri bildirib.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dini ideologiyaların yayılmasının, dini təəssübkeşliyin dini təkəbbürə, fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyinə toxunan R.Məmmədov bu təhdidlərə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin, din xadimlərinin fəallığının böyük əhəmiyyət daşıdığını vurğulayıb. Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının dövrün vacib tələbi olduğunu qeyd edən komitə sədri onların səmərəli fəaliyyətinin təşkili ilə bağlı fikirlərini bölüşüb.

O, müntəzəm olaraq ibadət evlərini ziyarət etməsinin əsas məqsədinin məscidlərin, kilsələrin və sinaqoqların fəaliyyəti ilə daha yaxından tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, həmçinin din xadimlərini dini sahədəki prioritetlər və qarşıda duran vəzifələr barədə məlumatlandırmaqdan ibarət olduğunu qeyd edib.

Sonra zərərli dini meyillərlə mübarizənin gücləndirilməsi, xurafatın qarşısının alınması, dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da genişləndirilməsi ilə bağlı din xadimlərinin təklifləri dinlənilib. Azərbaycan Prezidenti İlham Əliyevin din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması sahəsində həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31