Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ Dövlət katibinin İsrailə növbəti səfəri başlayıb

ABŞ Dövlət katibinin İsrailə növbəti səfəri başlayıb

22.10.2024 [13:15]

ABŞ-ın Dövlət katibi Antoni Blinken İsrailə növbəti dəfə səfər edib. Bu, 2023-cü il oktyabrın 7-də bölgədə vəziyyətin gərginləşməsindən sonra onun Yaxın Şərqə 11-ci səfəridir.

AZƏRTAC xəbər verir ki, “Ynet” portalının yaydığı məlumata görə, Blinkenin İsraildə Baş nazir Benyamin Netanyahu və Prezident İsxak Hersoqla görüşləri nəzərdə tutulub.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu ərəfədə bildirib ki, Blinkenin Yaxın Şərq turu oktyabrın 21-dən 25-dək davam edəcək. Dövlət katibi səfər samanı Qəzza zolağında müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin İsrail ilə “Hizbullah” arasında münaqişənin diplomatik həllinin zəruriliyini müzakirə etmək niyyətindədir.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31