Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / London Rusiya aktivləri hesabına Kiyevə 2,26 milyard funt sterlinq kredit verəcək

London Rusiya aktivləri hesabına Kiyevə 2,26 milyard funt sterlinq kredit verəcək

22.10.2024 [13:12]

Böyük Britaniya lazımi hərbi texnikanın alınması üçün Ukraynaya 2,26 milyard funt sterlinq həcmində kredit verəcək.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında dərc edilən bəyanatda deyilir: “Böyük Britaniya sanksiyaya məruz qalan Rusiyanın suveren aktivlərindən əldə edilən gəlir hesabına Ukraynaya 2,26 milyard funt sterlinq kredit ayıracaq”.

Həmin vəsait Ukraynanın ehtiyacları üçün 50 milyard dolların ayrıldığı G7 krediti çərçivəsində həyata keçiriləcək.

“Kredit Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək”, - deyə Birləşmiş Krallığın Nazirlər Kabinetindən bildirilib.

Qeyd edək ki, iyun ayında İtaliyada keçirilən G7 sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardım üçün istifadə edilməsinə dair siyasi razılığa nail olublar. Razılaşmaya görə, bu ilin sonunadək həmin vəsait hesabına Kiyevə 50 milyard dollar kredit verilməlidir.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31