“3+3”-ün 3-cü görüşü...
22.10.2024 [09:48]
Regiona sülh gəlməli, əməkdaşlıq qurulmalıdır
İstanbulda birgə Bəyanat imzalandı...
Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə baş tutan Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (“3+3” format) sayca üçüncü iclası mühüm nəticələri ilə yadda qaldı. Görüşdə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması, həmçinin regional inkişaf məsələləri müzakirə olunub, konkret layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. İclasın sonunda iştirakçı tərəflərin birgə Bəyanatı qəbul edilib. Sənəddə regional əməkdaşlıq üçün zəruri olan mühüm çağırışlar diqqətə çatdırılıb.
Formatın əsas məqsədi
Region, xüsusilə də Cənubi Qafqaz coğrafiyası son otuz il ərzində Ermənistanın işğalçılıq siyasəti ucbatından qarşıdurmalarla, sülh üçün təhdidlərlə üzləşməli olub. 44 günlük müharibənin nəticələri əsasında yaranan yeni reallıqlar isə regionda tamam fərqli mənzərə formalaşdırıb. Bu gün region qarşıdurmalar səhifəsini birdəfəlik bağlamağa, potensialı əməkdaşlığa, davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəltməyə heç vaxt olmadığı qədər daha yaxındır. Açılan bu fürsət pəncərəsindən maksimum səmərəli şəkildə istifadə olunmalıdır. Azərbaycan da məhz buna can atır. Ölkəmiz qalib tərəf olmasına rəğmən, müharibə başa çatandan dərhal sonra məğlub Ermənistana sülh təklifləri ünvanlayıb. Ölkəmiz özünün sülh təkliflərində bir qayda olaraq beynəlxalq hüquq normalarından çıxış edir.
“3+3” formatı da regional və qlobal səviyyədə uzlaşdırılmış siyasət aparan Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü əsasında formalaşıb. Bu format Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan arasında əməkdaşlı özündə ehtiva edir. Hələlik bəhs olunan formatda keçirilən görüşlərdə Gürcüstan iştirak etmir. Bundan əvvəl format çərçivəsində birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb.
Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilib. Görüş iştirakçıları bütün bu kimi istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə ediblər. Tehranda baş tutan beştərəfli görüşdə isə regional kommunikasiya məsələsi də müzakirə predmetinə çevrilmişdi.
İstanbulda baş tutan görüş sayca üçüncüdür. Türkiyənin Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı açıqlamasında bildirilib ki, üçüncü toplantısı keçirilən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) başlıca məqsədi regional mülkiyyət anlayışı ilə Cənubi Qafqazda qarşılıqlı fayda prinsipi əsasında çoxtərəfli əməkdaşlığın inkişafıdır.
Qeyd edək ki, Azərbaycan “3+3” formatında yüksək fəallıq nümayiş etdirir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul görüşündə çıxış edərək ölkəmizin təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-kommunikasiyalar, ətraf mühitin mühafizəsi, təbii və texnogen fəlakətlər və sair istiqamətlər üzrə mövcud çağırışların regional əməkdaşlıq imkanlarına çevrilməsinə yönələn baxışı, o cümlədən postmünaqişə dövründə regional sülh və normallaşma prosesi üzrə mövqeyindən ətraflı bəhs olunub.
Regional iqtisadi əməkdaşlığın faydaları
Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması həm də regional əməkdaşlığa ciddi maneələr yaradıb. Artıq belə maneələr yoxdur - İstanbulda qəbul olunan Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.
Həqiqətən də, regionun iqtisadi potensialı kifayət qədər böyükdür. Onu da qeyd edək ki, Azərbaycan indiyədək Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə xoş mərama əsaslanan siyasət aparmaqla güclü iqtisadi əlaqələr qurmağa nail olub. Bu gün Azərbaycanın Türkiyə, Gürcüstan, eləcə də İran və Rusiya ilə əlaqələri yüksək səviyyədədir. Dövlətlərarası çoxtərəfli formatlar uğurla işləyir. Ölkələr arasında siyasi dialoq bütün səviyyələrdə birmənalı şəkildə dəstəklənir. Qonşu dövlətlər müxtəlif beynəlxalq platformalarda əksər hallarda bir-birlərinin maraqlarını müdafiə edirlər. Regional iqtisadi əlaqələr də siyasi dialoqun yüksək səviyyəsinə adekvat qurulub. Birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Bu sırada Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi enerji, Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihələrinin önəmini xüsusi qeyd edə bilərik. Azərbaycan regionda energetika sahəsində ənənəvi istiqamətlərdən başqa, həm də “Yaşıl enerji dəhlizi” layihəsi üzrə əməkdaşlıq həyata keçirir. Paralel olaraq ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində ölkələr arasında iqtisadi əlaqələrin dayanıqlı inkişaf dinamikası təmin edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Region ölkələri arasında birgə layihələr də reallaşdırılıb - cari ilin may ayında Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları istifadəyə verilib.
Hələlik, regional iqtisadi əməkdaşlıq zəncirində ən zəif bənd qismində Ermənistan çıxış edir. Ancaq bu ölkə də yaranmış fürsətləri rasional şəkildə dəyərləndirməklə, region dövlətləri ilə yeni əlaqələr qura bilər. Ermənistanın dalan ölkə olmaqdan qurtulması üçün yeganə şansı revanşist mövqeyindən geri çəkilməsi və regional əməkdaşlığa qoşulmasıdır.
Sülh üçün...
İstanbulda “3+3” formatı çərçivəsində keçirilən görüşdə qəbul olunan bəyanatda bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesi heç də asan irəliləmir bunun da əsas günahı qarşı tərəfin üzərinə düşür. Real sülhün əldə olunması üçün Azərbaycan Ermənistana iki mühüm şərtini təqdim edib. Azərbaycan əbədi sülh üçün fundamental zəmin formalaşdırmağa çalışır. Ölkəmizin birinci şərti Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Rəsmi İrəvan isə bu şərtin icrasını yubadır, bu istiqamətə konkret addımlar atmır, proseslərə 2027-ci ildən sonra start verəcəyini bildirir. Ölkəmizin birmənalı mövqeyi belədir: Sülh sazişinin imzalanması üçün bütün fundamental amillər təmin olunmalı, o cümlədən hüquqi boşluqlar tamamilə aradan qaldırılmalıdır. Bu gün sülhə gedən yolda ən böyük maneə isə məhz Ermənistanın konstitusiyası və bir sıra digər qanunvericilik aktlarıdır. Həmin sənədlərdə qonşu dövətin Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar legitimləşdirilib.
Eyni zamanda, Azərbaycan reallıqdan çıxış edərək Ermənistana artıq ölü quruma çevrilmiş Minsk qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlamağa çağırış edir. Ermənistan isə müxtəlif bəhanələr gətirməklə bunu etməyə tələsmir. Prezident İlham Əliyevin də dəfələrlə bildirdiyi kimi, artıq uzun müddətdir ki, bu qrup fəaliyyətsizdir. Hazırda Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Ermənistanın Azərbaycanın bəhs olunan çağırışına adekvat cavab verməməsi bu ölkənin sülh istəyindən uzaq olduğunu, dialoqdan qaçdığını bir daha təsdiqləyir. Konstruktiv dialoqdan qaçan Ermənistan Fransa, ABŞ kimi ölkələrin təhriki ilə yeni müharibə hazırlıqları görür və öldürücü silahlar alır, hərbi büdcəsini artırır. Bütün bunlar isə N.Paşinyanın, A.Simonyanın, A.Mirzoyanın müxtəlif beynəlxalq platformalarda sülh istəyindən danışmaları ilə ziddiyyət təşkil edir. Ermənistan reallıqda sülh istəyirsə, silahlanmaya yox, dialoqa üstünlük verməlidir.
Türkiyə dəstək verir
Bəyanatda vurğulanır ki, Türkiyə Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə region ölkələri ilə işləməyə davam edəcək. Regional və qlobal güc olan, öz siyasətində bir qayda olaraq xoş məramdan, yaxın qonşuluq prinsipindən çıxış edən Türkiyə bu prosesdə həqiqətən də müsbət rol oynaya bilər. Prezident Rəcəb Tayyib Ərdoğan bir qədər bundan əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında onu müşayiət edən jurnalistlərlə söhbətində bildirmişdi ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir. O, Türkiyənin qonşu ölkələr arasında sabitlik və mehriban qonşuluq mühitinin tezliklə təmin edilməsinin tərəfdarı olduğunu demişdi. Qardaş ölkənin dövlət başçısı jurnalistlərlə söhbətində Ankaranın Azərbaycanın sülh gündəmini dəstəklədiyini xüsusi vurğulayıb ki, bu da Türkiyənin artıq tarixdə qalan Qarabağ probleminin beynəlxalq hüquq, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipi əsasında həllində lap əvvəldən nümayiş etdirdiyi ədalətli yanaşmanın davamı anlamında qəbul olunur.
Ümumiyyətlə, Qarabağ məsələsinin həllində həm regional, həm də qlobal səviyyədə Türkiyə hər zaman Azərbaycanın yanında yer alıb. Hazırda Ermənistan və bu ölkəni dəstəkləyən xarici güclər Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesindən ayırmağa çalışırlar. Bu, hiyləgər və absurd bir yanaşmadır. Qeyd olunan iki məsələnin bir-birindən ayrılması qarşı tərəfin mövqeyini gücləndirməyə xidmət edir. Azərbaycan və Türkiyə bu yanaşmanı əsla qəbul etmirlər. İstanbul görüşü çərçivəsində baş tutan tədbirlərdə də bildirldiyi kimi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına da müsbət təsir göstərəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
13 Dekabr 15:52
Dünya
13 Dekabr 15:48
Sosial
13 Dekabr 15:46
Sosial
13 Dekabr 15:45
Dünya
13 Dekabr 15:41
Sosial
13 Dekabr 15:20
Yeni texnologiyalar
13 Dekabr 15:05
Sosial
13 Dekabr 14:37
Sosial
13 Dekabr 14:28
Dünya
13 Dekabr 14:12
Xəbər lenti
13 Dekabr 14:12
Siyasət
13 Dekabr 14:01
Siyasət
13 Dekabr 13:18
Sosial
13 Dekabr 12:37
Sosial
13 Dekabr 12:35
İqtisadiyyat
13 Dekabr 12:18
Sosial
13 Dekabr 12:14
İdman
13 Dekabr 12:08
Sosial
13 Dekabr 12:00
Dünya
13 Dekabr 11:41
YAP xəbərləri
13 Dekabr 11:26
Siyasət
13 Dekabr 11:16
Elm
13 Dekabr 10:58
Siyasət
13 Dekabr 10:57
Sosial
13 Dekabr 10:49
Siyasət
13 Dekabr 10:48
Siyasət
13 Dekabr 10:41
MEDİA
13 Dekabr 10:25
Sosial
13 Dekabr 10:15
Hadisə
13 Dekabr 10:15
İqtisadiyyat
13 Dekabr 10:14
İqtisadiyyat
13 Dekabr 10:11
İqtisadiyyat
13 Dekabr 09:52
Siyasət
13 Dekabr 09:36
Analitik
13 Dekabr 09:14
Ədəbiyyat
13 Dekabr 08:51
Analitik
13 Dekabr 08:34
Dünya
13 Dekabr 08:12
Xəbər lenti
12 Dekabr 23:45
Xəbər lenti
12 Dekabr 23:39
Elm
12 Dekabr 23:12
Hərbi
12 Dekabr 22:58
Xəbər lenti
12 Dekabr 22:37
İdman
12 Dekabr 22:15
İqtisadiyyat
12 Dekabr 21:54
Xəbər lenti
12 Dekabr 21:34
Xəbər lenti
12 Dekabr 21:12
Xəbər lenti
12 Dekabr 20:58
Sosial
12 Dekabr 20:32
Elm
12 Dekabr 20:17
İdman
12 Dekabr 19:52
MEDİA
12 Dekabr 19:35
İqtisadiyyat
12 Dekabr 19:14
Sosial
12 Dekabr 18:46
Xəbər lenti
12 Dekabr 18:41
Xəbər lenti
12 Dekabr 18:23
YAP xəbərləri
12 Dekabr 17:25
YAP xəbərləri
12 Dekabr 17:24
YAP xəbərləri
12 Dekabr 17:23
Sosial
12 Dekabr 17:13
Siyasət
12 Dekabr 16:37
YAP xəbərləri
12 Dekabr 16:30
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:23
YAP xəbərləri
12 Dekabr 16:09
Hərbi
12 Dekabr 15:44
YAP xəbərləri
12 Dekabr 15:41
Xəbər lenti
12 Dekabr 15:39
YAP xəbərləri
12 Dekabr 15:37