Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / TAP  “yaşıl enerji”yə qoşulur

TAP  “yaşıl enerji”yə qoşulur

22.10.2024 [09:26]

Azərbaycan Avropaya qazla yanaşı, hidrogen ixracına hazırlaşır

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumunun planlarına əsasən, Avropanın təmiz enerji istehlakı tələblərinə uyğun olaraq, növbəti mərhələdə təbii qazla qarışıq hidrogen nəqli də nəzərdə tutulur. Bununla bağlı təşəbbüslər hazırda daha da artıb və enerjinin de-karbonizasiyası məsələləri aktuallaşıb. Xüsusilə də qlobal iqlim çağırışlarından irəli gələn karbon emissiyalarının həcminin azaldılması və təmiz enerjiyə keçid strategiyasına uyğun olaraq konsorsiumun bütün tərəfdaşları təchizatçı və alıcılarla bu istiqamətdə fəal məsləhətləşmələr aparır.

TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, konsorsium və Avropalı alıcılar üçün hazırda əsas mühüm məsələ ənənəvi yanacağın, yəni maye qazın nəqlinin daha çox artırılmasıdır. Bu strateji plana əsasən, TAP-ın illik nəqletmə gücünün 20-30 milyard kubmetrə qədər də artırılması nəzərdə tutulur. Hazırda Azərbaycan TAP kəməri ilə Avropaya ildə 10-12 milyard kubmetr qaz ixrac edir. Yaxın 5-6 ildə bu rəqəmin 20 milyard kubmetrdən çox olacağı nəzərdə tutulur. Bu məqsədlə kəmərin genişləndirilməsi və imkanlarının artırılması ilə bağlı texniki layihə icra olunur. L.Skyeppati yaxın illərdə təbii qazla bərabər, yaşıl hidrogenin nəqli üçün də hazırlıq görüldüyünü vurğulayıb.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının “yaşıl məşvərəti”...

Hidrogen tədarükü Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin son ildə keçirilən iclaslarında mütəmadi olaraq müzakirə olunub, istehsal olunacaq hidrogenin Avropaya ixracı təşəbbüsləri irəli sürülüb. Bunun ardınca, TAP konsorsiumu tərəfindən bir neçə ay əvvəl hidrogen daşınmasına hazırlıq məqəsdilə boru kəməri sınaqdan keçirilib. Sınağın ilkin nəticələri ümidverici olub və ümumi rəy texniki imkanların və infrastrukturun hidrogen tədarükünə cavab verdiyini təsdiqləyib. Ancaq bununla yanaşı, kəmərin fiziki imkanlarının gücləndirilməsi, ötürücü stansiyalar və qurğularda, digər infrastrukturlarda zəruri modernləşdirmə işlərinin aparılması tövsiyə olunub. Bu məqsədlə tərəfdaşlar yeni enerji nəqli şəbəkəsinin yaradılmasına və inkişafına sərmayə qoyuluşlarını vacib hesab edirlər.

Qeyd edək ki, hidrogen və bioqaz perspektivli və daha təmiz yanacaq növlərindən hesab olunur. Hidrogen (H2) kainatda ən çox yayılmış maddə və enerji mənbəyi olmaqla, öz yüngüllüyünə görə yer kürəsində molekulyar surətdə nadir rast gəlinir. Hazırda dünyada istehsal olunan hidrogenin əsas hissəsi təbii qazdan alınır. Bu proses zamanı atmosferə karbon qazı emissiyası daha təmiz texnologiya ilə aparılır ki, ekoloji cəhətdən daha sərfəlidir.

Hidrogen həm də adi sudan elektroliz metodu ilə alınır və bərpa olunan enerji metoduna əsaslanır. Bu zaman isə ümumiyyətlə, karbon emissiyası olmur və bu metodla alınan hidrogen ekoloji cəhətdən ən təmiz enerji sayılır.

İqtisadi baxımdan qazdan hidrogen alınması o qədər də sərfəli deyil, istehsal prosesi xərcləri çoxdur. Ancaq sudan alınan hidrogenin istehsal xərcləri xeyli aşağıdır və hazırda dünya ölkələri məhz bərpa olunan mənbələrə - yəni su resurslarına əsaslanan hidrogenə daha çox üstünlük verir. Hidrogenin əsas üstünlüyü isə daha yüksək enerjivermə əmsalıdır.

Hidrogen nəqli olduqca çətin hesab edilsə də, müasir nəql və ötürmə sistemləri bu enerjinin də tədarükünü də mümkün edir. Bəzi araşdırmalara görə hidrogen təbii qazla birlikdə borular vasitəsi ilə ötürülə bilər. Bu baxımdan TAP-la hidrogenin daşınması ilkin mərhələdə qazla birlikdə həyata keçiriləcək. İlkin ssenariyə əsasən, hidrogenin nəqli TAP-la ötürülən təbii qazın 10 faizini təşkil edəcək. Bu, indiki həcm göstəcisi ilə ildə 1,1-1,2 milyard kubmetrə yaxın hidrogen deməkdir.

TAP-la hidrogen nəqli Azərbaycanın “yaşıl strategiyası”na uyğundur

TAP-la hidrogen nəqli Azərbaycan hökumətinin də maraqlarına və müasir enerji strategiyasına uyğundur. Respublikamızda həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə “yaşıl enerji” məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Həmin hədəf prinsiplərinə uyğun olaraq, hazırda bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan hidrogen istehsalında daha çox su resurslarına üstünlük vermək niyyətindədir.

Sözsüz ki, TAP kəməri ilə hidrogen nəqlində resurs mənbələri kimi yenə də Azərbaycan əsas təchizatçı olacaq.

Azərbaycanın Avropanı hidrogenlə təmin etmək üçün imkanları varmı?

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialı külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Onu da qeyd edək ki, Azərbaycanda mavi hidrogen növlərinin istehsal imkanları, onların daxili bazarda istifadəsinin, eləcə də ixracının texniki imkanları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair ölkə hesabatı hazırlanıb. Araşdırmanın nəticələrinə əsasən, respublikamızda “yaşıl hidrogen” istehsalı üçün mənbələr olduqca səmərəlidir və regional enerji bazarlarına ixrac edilməsi imkanları böyükdür.

Hesabata əsasən, bərpa olunan enerjinin strukturunda hidrogen, yəni su ehtiyatlarından əldə edilən mənbələrin həcminə görə də, respublikamız kifayət qədər imkanlara malikdir. Hazırda iri su elektrik stansiyaları ilə yanaşı, kiçik su elektrik stansiyalarının (KES) inşası işləri, eləcə də termal suların enerji sisteminə inteqtrasiyası davam etdirilir. Mövcud qiymətləndirmələrə əsasən, Azərbaycanın hidroenerji gücü 1400 MVt-dən çoxdur. Bura 35 ədəd stansiya, o cümlədən 24-ü kiçik su elektrik stansiyasının imkanları daxil olmaqla müəyyənləşən mənbələr daxildir. Hidrogen ehtiyatlarına görə, azad edilmiş ərazilərdə yaradılan kiçik su elektrik stansiyaları da xüsusi əhəmiyyət kəsb edir. Hazırda bu bölgədə 8 KES inşa olunaraq istifadəyə verilib, digərlərinin tikintisi davam etdirilir. Eləcə  də Naxçıvan Muxtar Respublikasında iri və kiçik su elektrik stansiyaları üzrə enerji mənbələrinin gücü 500 MVt-dən çox dəyərləndirilir. Digər resursları da nəzərə aldıqda ölkəmizdə hidrogen istehsalı və tədarükü üçün dayanqılı mənbələrin formalaşması mümkündür.

Xarici şirkətlərdə hidrogen istehsalı üçün sazişlər imzalanıb

Azərbaycan hidrogen istehsalı üçün xarici şirkətlərlə faydalı əməkdaşlığa başlayıb və bu sahəyə ilkin sərmayə qoyuluşları təmin edilib. 2022-ci ilin dekabr ayında Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” şirkəti arasında “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Eləcə də Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər arasında bərpa olunan enerji məsələləri, o cümlədən aşağı karbon texnologiyaları, “yaşıl hidrogen” istehsalı, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Həmçinin, SOCAR-la İtaliyanın “Snam” şirkəti arasında hidrogen nəqlinin tədqiqinə dair memorandum imzalanıb. Sazişdə iki şirkətin hidrogen və bioqaz istehsalı, həmçinin, bu resursların Cənub Qaz Dəhlizi (TAP) üzərindən nəqli imkanlarının araşdırılması öz əksini tapıb.

Beləliklə, Azərbaycan TAP-la yaxın illərdə Avropaya ekoloji təmiz enerjinin - hidrogenin nəqlini də təmin etməklə dünyanın müasir enerji təhlükəsizliyində ən məsuliyyətli və etibarlı ölkə olmasını bir daha təsdiqləyəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31