TDT-nin iqtisadi hədəfləri gerçəkləşir
22.10.2024 [09:19]
TURAN xüsusi iqtisadi zonasının yaradılması nəzərdə tutulur
Oktyabrın 18-də Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin keçirilən 13-cü iclasında Yaşıl Maliyyə və Mərkəzi Banklar Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Tərəflərin yekdilliklə dəstəklədiyi digər təşəbbüs isə TDT ölkələri, eləcə də Macarıstanın da daxil olduğu - TURAN xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı olub. TDT üzvləri hər iki təşəbbüsün gerçəkləşməsi üçün milli səviyyədə zəruri addımların atılması, hüquqi-iqtisadi əsasların müəyyən edilməsi və vahid iqtisadi yol xəritəsinin müəyyənləşməsini vacib hesab etdiklərini bildirib.
Şuranın strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, türk dövlətləri ərazisində investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşlığının qurulması, bank kapitallarında payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızların əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı kimi alətlərə çıxış imkanları yaradılmış olur ki, bu da vahid maliyyə institutu funksiyasının formalaşdırılması deməkdir.
Qarabağ Bəyannaməsinə söykənən Şura...
Qeyd edək ki, bir neçə gün əvvəl, oktyabrın 10-da İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında TDT-nin Fintex Alyansının yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb. Sənəd maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu, TDT-nin Yaşıl Maliyyə və Mərkəzi Banklar Şurasının yaradılması təşəbbüsünün tərkib hissəsi hesab olunur.
Türk dövlətləri Yaşıl Maliyyə və Mərkəzi Banklar Şurası yaratmaqla rəqəmsal maliyyə və yaşıl maliyyə texnologiyaları sahəsində vahid rəqəmsal ödəniş infrastrukturu yaratmaq niyyətini güdür. Bu qurumun yaradılması sayəsində türkdilli ölkələrin müasir elektron bank məhsulları və arxitekturasının imkanları əlaqələndirilə, o cümlədən rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin tətbiqi, habelə yaşıl bank xidmətərindən birgə istifadə, Mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi mümkün olacaq.
Nəticədə TDT-nin Yaşıl Maliyyə və Mərkəzi Banklar Şurasının yaradılması türk maliyyə və bank ailəsinin xarici bazar iştirakçıları ilə rəqabətdə mövqelərini möhkəmləndirə bilər. Bu platforma Asiya və Avropa regionunda böyük bir yeni maliyyə ekosisteminin əsasını qoymaqla, türk ölkələrinin təşəbbüskarlığı sayəsində Çindən Avropaya qədər uzanan “yaşıl maliyyə” coğrafiyasının formalaşmasında da təşviqedici rol oynayacaq.
“Türk çağırışı”...
TURAN xüsusi iqtisadi zonası (TURANSEZ) təşəbbüsü isə TDT ölkələrinin gündəliyində neçə müddətdir ki, yer alan əsas detallardan biridir. 2023-cü il noyabrın 3-də Astanada “Türk çağırışı” adı altında keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu zirvə sammitində qəbul edilmiş “Astana bəyannaməsi”nə uyğun olaraq yaradılması nəzərdə tutulan TURANSEZ TDT ölkələrinin müasir iqtisadi əməkdaşlığının vahid platforması hesab edilir və tərəflər bu ideya ətrafında neçə müddətdir ki, müxtəlif proqramlar hazırlamaqdadır.
Qeyd edək ki, cari il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsinin əsas prinsiplərindən biri TDT-nin kollektiv iqtisadi-maliyyə strategiyasının formalaşdırılması üçün iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadənin gücləndirilməsidir.
TDT-nin Qarabağ Bəyyannaməsindən irəli gələn əsas məqsədlərindən biri kimi 2024-cü ilin ortalarında türk dövlətlərinin ortaq iqtisadi-maliyyə strukturu olan Türk İnvestisiya Fondu (TİF) yaradılıb. Türk dövlətləri Fondun fəaliyyətinin təmin edilməsi haqqında sazişləri təsdiqləyib və artıq TİF-in nizamnamə kapitalının formalaşması, maliyyə-büdcə imkanlarının təmin olunması, investisiya planı üzrə istiqamətlərin təyin edilməsi və digər məsələlər öz həlini tapıb və Fondun gələn ay fəaliyyətə başlaması nəzərdə tutulur.
Türk İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Fondun resursları üzv ölkələrin üzvlük haqqı, investisya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacaq. TİF-in nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.
Göründüyü kimi qeyd edilən prioritetlər faktiki olaraq, TDT-nin xüsusi iqtisadi zona ideyası ilə üst-üstə düşür. Bu baxımdan, tərəflər Bəyannamədən irəli gələn türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolunun artırılması, nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması və iqtisadi bağlılığın daha da inkişaf etdirilməsi üçün bu təşəbbüsü reallaşdırmaq niyyətindədir.
45 milyardlıq ticari dövriyyə 10 dəfə artır...
Ümumiyyətlə, türkdilli dövlətlərin hədəf prioritetlərinə əsasən, yaxın illərdə çevik və müasir iqtisadi-ticarət platformalarının formalaşdırılması nəzərdə tutulur. Onlardan biri vahid ticarət strategiyası hazırlayaraq mal və xidmətlərin manesiz, güzəştli tariflərlə idxal və ixrac olunmasıdır. Bu layihələrdən biri kənd təsərrüfatı məhsullarının vahid - “Made in OTS” brendi altında istehsalının və TDT-yə üzv, habelə təşkilatın müşahidəçi ölkələrinin regiondaxili bazarlarına məhsul ixracının asanlaşdırılmasıdır. “Made in OTS”nin əsas missiyası TDT ölkələrinin iqtisadi inkişafının stimullaşdırılmasına kömək etmək, rəqabət qabiliyyətini artırmaq və bu sahədə əlverişli ticarət mühiti yaratmaq, birgə layihələrin həyata keçirilməsi imkanlarını bölüşməkdir.
Türk dövlətləri birgə kənd təsərrüfatı layihələrini həyata keçirməklə bu sahəyə investisiyaları cəlb etmək, nəticədə müasir birgə istehsal və emal infrastrukturları qurmaq və imkanları artırmaq, ərzaq təhlükəsizliyini möhkəmləndirmək, aqrar malların “Made in OTS” brendi adı altında öz coğrafiyalarına, həmçinin qlobal bazarlara çıxışını təmin etməyi düşünür. Bu, gələcəkdə dünya ölkələrinin istehlak bazarlarında vahdi türk brendinin təqdimatında mühüm yol xəritəsi kimi dəyərləndirilir. Qeyd edilən hədəfə çatmaq üçün türkdilli ölkələrin təşviqedici iqtisadi alətlərdən istifadə etməsi nəzərdə tutulur ki, bu təşəbbüslər də TURAN xüsusi iqtisadi zonası strategiyasının tərkib hissəsi hesab edilə bilər.
Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu baxımdan TURANSEZ türk dövlətləri arasında mövcud bazar və investisiya imkanlarının səfərbər olunması, xarici ticarət və mal mübadiləsinin həcmlərinin artmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Yanvar 13:19
İqtisadiyyat
22 Yanvar 12:13
İqtisadiyyat
22 Yanvar 12:09
Hadisə
22 Yanvar 12:08
Analitik
22 Yanvar 11:58
Gündəm
22 Yanvar 11:53
Siyasət
22 Yanvar 11:27
Siyasət
22 Yanvar 10:58
Elm
22 Yanvar 10:51
Siyasət
22 Yanvar 10:39
Siyasət
22 Yanvar 10:24
İqtisadiyyat
22 Yanvar 10:17
Sosial
22 Yanvar 09:50
Ədəbiyyat
22 Yanvar 09:32
Analitik
22 Yanvar 09:14
Gündəm
22 Yanvar 08:54
Analitik
22 Yanvar 08:52
Sosial
22 Yanvar 08:37
İdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53

