Aİ Şərqə doğru genişlənə bilməyəcək?
22.10.2024 [09:11]
Moldova təşkilat üzvlüyünə “yox” dedi
Avropa İttifaqının öz cəlbediciliyini itirməsi artıq faktiki rəsmiləşir. Müəyyən dövrlərdə Aİ bir sıra dövlətlər üçün “hədəf” idisə, artıq bu, belə deyil - birlik xüsusilə Mərkəzi Avropada öz nüfuzunun sürətlə itirir. Ayrı-ayrı coğrafiyalarda müşahidə edilən proseslərdən o qənaət hasil olur ki, Brüsselin atdığı oxlar bir sıra hallarda daşlara dəyərək çilik-çilik olur. Bu günlərdə Moldovada yaşananlar bunu növbəti dəfə təsdiqlədi.
Brüsselin Moldova gözləntiləri özünü doğrultmadı
Ötən bazar günü Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzv olmağa dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilirdi. Əslində, həm prezident seçkiləri, həm də Konstitusiya referendumu siyasi məzmunu və ölkənin gələcək taliyi baxımından bir-biri ilə sıx bağlıdır. Hər iki halda ölkənin taleyi həll olunur. Söhbət Moldovanın perspektiv siyasi oriyentasiyasından gedir. Məsələ burasındadır ki, dövlət başçısı postu uğrunda seçkilərə qatılan namizədlərin siyasi oriyentasiyaları bir-birindən fərqlənir. Hazırkı prezident Maya Sandu da daxil olmaqla adları seçki bülletenlərinə yazılan namizədlərin bir qismi ölkənin Aİ-yə üzvlüyünü dəstəklədiyi halda, digər namizədlər bu mövqeni bölüşmürlər.
Referendumdan öncə Qərb dairələri bütün təbliğat resurslarını işə salmışdı. Moldova cəmiyyətinin ölkənin Aİ-yə üzvlüyünü mütləq şəkildə dəstəkədiyi ilə bağlı ictimai rəy formalaşdırlırdı. Ancaq referendumun ilkin nəticələri Qərbin təbliğatının blef olduğunu ortaya qoydu.
Referendumda Moldova sakinlərindən “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına cavab vermələri istənilib. Referendumla bağlı sual ayrıca seçki bülletenində çap olunub və vətəndaşlar Konstitusiyaya dəyişikliklərlə bağlı suala “HƏ” və ya “YOX” cavabını veriblər. Nəticənin etibarlı hesab edilməsi üçün seçki siyahılarına daxil olanların üçdə birinin orada iştirak etməsi lazım idi. Referenduma qatılanların çoxluğu Aİ-yə üzvlüyü dəstəklədikləri halda, Konstitusiyada müvafiq dəyişikliklər ediləcəkdi.
Artıq ilkin nəticələr elan olunub. Bu nəticələr isə Brüsselin gözləntilərinin əksinədir. Belə ki, səsvermə başa çatdıqda, 1 277 683 səs (protokolların 91,89 faizi) hesablandıqdan sonra seçicilərin 46,71 faizi (597 201) Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının lehinə, 53,28 faizi (681 415) isə əleyhinə səs verib.
Aİ-yə “yox” deyilməsinin səbəbləri
Ayrı-ayrı milli dövlətlər kimi Moldovanın da Avropa İttifaqına gedən yolu kifayət qədər uzundur. İndiyədək ikitərfli formatda bir sıra sənədlər imzalanıb. Cari ilin yayında Moldova və Avropa İttifaqı danışıqların ikinci mərhələsinə başlanılıb. Bu mərhələdə ölkənin qanunvericiliyinin öyrənilməsi və Brüsselin tövsiyələrinin icrasının qiymətləndirilməsi nəzərdə tutulur. Bunu Moldova Baş nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Kristina Gerasimova deyib. “Moldova Aİ-yə daxil olmaq üzrə danışıqların ikinci mərhələsinə başlayıb - ikitərəfli skrininq Avropa Komissiyasının komandası ilə birlikdə Avropa qanunvericiliyinin 5-ci fəslini - “Dövlət satınalmaları”nı təhlil edəcəyik”, - deyə Gerasimova vurğulayıb.
Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli isə öz növbəsində bildirib ki, danışıqlarda ən çətin dövr başlayıb: “Yoxlama bütün danışıqlar prosesinin təməl daşıdır və bu müddət ərzində Moldova Avropa Komissiyasının 1 200 eksperti tərəfindən hazırlanmış 4 000-dən çox suala cavab verməli olacaq”, - deyə komissar vurğulayıb. Bazar günü baş tutan referendumda Moldova cəmiyyətinin Aİ-yə üzvlüyə “yox” deməsini şərtləndirən bəzi məqamları sadalamaq mümkündür:
- Bu gün Avropa İttifaqının özündə monolotlik yoxdur. Böyük Britaniyanın qurumun sıralarını tərk etməsindən sonra üzv dövlətlər arasında təşkilatın tərkibində qalıb-qalmamaqla bağlı tərəddüdlər artıb. Xüsusilə də son vaxtlarda Aİ-nin qəbul etdiyi ayrı-ayrı qərarlar üzv dövlətlər tərəfindən açıq şəkildə iqnor edilir. Avropa Komissiyası vəsaitləri səmərəsiz xərcləməkdə ittifam olunur. Bütün bunlar isə gələcəkdə Avropa İttifaqında yarpaq tökümünün daha da sürətlənəcəyi qənaətini ifadə etməyə əsas yaradır.
- Aİ-nin Avropa coğrafiyasında münaqişələrin qarşısını ala bilməməsi quruma inamsızlıq əhval-ruhiyyəsini gücləndirir. Bu gün Avropa coğrafiyası böyük müharibəyə cəlb olunub ki, burada da Aİ-nın katalizator rolu danılmazdır. Zamanında Brüsseldə Ukrayna ilə bağlı “rəngli inqilab” ssenariləri hazırlanırdı. Kollektiv Qərbin canfəşanlığı və birbaşa iştirakı ilə bu ssenarilər baş tutdu. Ancaq ölkə həm də müharibə alovunun içinə atıldı. Bu gün Ukrayna ərazilərinin bir hissəsini itirib, on milyonlarla insan ölkəni tərk etmək məcburiyyətində qalıb, iqtisadiyyat dağılıb. Həm də Ukrayna müharibəsi ilk belə hal deyil. Bundan əvvəl Aİ-nin Grücüstandakı fəaliyyətləri Cənubi Qafqaz ölkəsinin qısamüddətli müharibə meydanına çevrilməsi ilə nəticələndi. Moldova cəmiyyəti haqlı olaraq sual edir: Kim zəmanət verə bilər ki, Ukraynada, Gürcüstanda baş verənlər Moldovada da təkrarlanmayacaq? Axı Avropa İttifaqı Ukraynanın və Gürcüstanın itkilərinin məsuliyyətini bölüşmür.
- Avropa İttifaqına üzvlüklə bağlı əslində Moldova kimi ölkələr üçün mümkün olmayan yolun keçilməsi zərurəti. Türkiyənin onilliklərdir ki, qapı arxasında gözlədilməsi buna əyani sübutdur. Türkiyənin tətbiq etdiyi standartlar Aİ-nin ayrı-ayrı ölkələrindəkindən qat-qat üstündür. Qardaş ölkə Brüsselin Aİ-yə üzvlük şərtlərini tam şəkildə ödəsə də, qapılar Ankaanın üzünə açılmır.
- Son olaraq Gürcüstan Avropa İttifaqının sərt üzünü gördü. Rəsmi Tbilisi sırf milli maraqlarının müdafiəsinə qalxıb və bu məqsədlə müvafiq qanunlar qəbul edib. İndi Avropanın “standartları” ilə oturub durmayan Gürcüstan rəhbərliyi “özbaşınalığa” görə cəzalandırılır. Belə küləklərin Moldova üzərində əsəcəyi də istisna deyil.
- Aİ məkanında iqtisadi tənəzzül meyllərinin, inflyasiyanın artması. Ayrı-ayrı Aİ ölkələrinin xarici borc öhdəlikləri getdikcə daha çox dərəcədə daxili ÜDM-i üstələyir. Enerji böhranı qoca qitənin başı üstündən asılan demokl qılıncına bənzəyir. Aİ xilas planı qəbul etsə də, enerji asılılığının aradan qalxacağına ümidlər getdikcə azalır. Belə olan halda Avropa İttifaqı Moldovanın üzləşdiyi çətinliklərin aradan qaldırılmasına necə yardımçı olacaq?
BRICS üstünlük qazanır
Aİ-nin qürubu fonunda digər bir beynəlxalq platformanın - BRICS-ın güclənməsi diqqət çəkir. BRICS (BRICS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının baş hərflərinin abreviaturasıdır) dövlətlərarası assosiasiya kimi qurulub. Təşkilat sürətlə inkişaf edən ölkələr qrupu kimi səciyyələndirilir. Tərkibində doqquz dövləti - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Misir və Efiopiyanı birləşdirən təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.
BRICS ölkələri arasında ikitərəfli münasibətlər siyasi kurslara qarışmamaq şərti ilə, bərabərlik və qarşılıqlı fayda əsasında qurulub. Təşkilatın təsisçilərindən olan Rusiya, Çin, Hindistan və Braziliya əhali, ərazi və ÜDM baxımından dünyanın on ən böyük ölkəsi sırasındadır. O cümlədən,
- Braziliya - kənd təsərrüfatı məhsulları ilə zəngindir;
- Rusiya - dünyada ən böyük mineral resurslar ixracatçısıdır;
- Hindistan - ucuz intellektual resurslara malikdir;
- Çin - böyük əmək resurslarına, sürətlə genişlənən iqtisadiyyata sahibidir.
BRICS-də birləşən ölkələrin hökumət başçıları 2009-cu ildən etibarən illik rəsmi sammitlərdə bir araya gəlirlər. Sammitlə paralal şəkildə xarici işlər, maliyyə və digər nazirliklərin rəhbərlərinin görüşləri də keçirilərək aktual müzakirələr aparılır. Təşkilatın növbəti sammiti cari il oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək.
BRICS ölkələrinin ümumi sahəsi 45,726,508 km və ümumi əhalisi təqribən 3,41 milyard nəfər təşkil edir - bu isə dünya quru səthinin təxminən 26,7 faizidir. Təşkilatın genişlənmə siyasəti açıqdır. Qurumun sıralarının ilk dəfə genişlənməsi Cənubi Afrika Respublikası hesabına baş verib. Bu ölkə 2010-cu ildə təşkilata qoşulmaq istəyini açıqlayıb və müvafiq prosedur qaydaları keçilməklə bu istək təmin olunub. 2023-cü ilin avqust ayına olan məlumata görə, 40 ölkə BRICS-ə qoşulmaqda maraqlı olduğunu bildirib, onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət belə edib. Bu sırada Azərbaycan və Türkiyə də var. Son olaraq 2024-cü ilin yanvarında daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya təşkilatın sıralarına qəbul olunub. Qrumun 2024-cü ilin sonuna kimi Şərqi Afrika ölkələri ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyi proqnozlaşdırılır. Ümumiyyətlə, BRICS-in əsas ideyası üzv dövlətlərin zəngin resurslarına və potensialına əsaslanmaqla güclü iqtisadi blok formalaşdırmaqdan qaynaqlanır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Dekabr 15:52
Dünya
13 Dekabr 15:48
Sosial
13 Dekabr 15:46
Sosial
13 Dekabr 15:45
Dünya
13 Dekabr 15:41
Sosial
13 Dekabr 15:20
Yeni texnologiyalar
13 Dekabr 15:05
Sosial
13 Dekabr 14:37
Sosial
13 Dekabr 14:28
Dünya
13 Dekabr 14:12
Xəbər lenti
13 Dekabr 14:12
Siyasət
13 Dekabr 14:01
Siyasət
13 Dekabr 13:18
Sosial
13 Dekabr 12:37
Sosial
13 Dekabr 12:35
İqtisadiyyat
13 Dekabr 12:18
Sosial
13 Dekabr 12:14
İdman
13 Dekabr 12:08
Sosial
13 Dekabr 12:00
Dünya
13 Dekabr 11:41
YAP xəbərləri
13 Dekabr 11:26
Siyasət
13 Dekabr 11:16
Elm
13 Dekabr 10:58
Siyasət
13 Dekabr 10:57
Sosial
13 Dekabr 10:49
Siyasət
13 Dekabr 10:48
Siyasət
13 Dekabr 10:41
MEDİA
13 Dekabr 10:25
Sosial
13 Dekabr 10:15
Hadisə
13 Dekabr 10:15
İqtisadiyyat
13 Dekabr 10:14
İqtisadiyyat
13 Dekabr 10:11
İqtisadiyyat
13 Dekabr 09:52
Siyasət
13 Dekabr 09:36
Analitik
13 Dekabr 09:14
Ədəbiyyat
13 Dekabr 08:51
Analitik
13 Dekabr 08:34
Dünya
13 Dekabr 08:12
Xəbər lenti
12 Dekabr 23:45
Xəbər lenti
12 Dekabr 23:39
Elm
12 Dekabr 23:12
Hərbi
12 Dekabr 22:58
Xəbər lenti
12 Dekabr 22:37
İdman
12 Dekabr 22:15
İqtisadiyyat
12 Dekabr 21:54
Xəbər lenti
12 Dekabr 21:34
Xəbər lenti
12 Dekabr 21:12
Xəbər lenti
12 Dekabr 20:58
Sosial
12 Dekabr 20:32
Elm
12 Dekabr 20:17
İdman
12 Dekabr 19:52
MEDİA
12 Dekabr 19:35
İqtisadiyyat
12 Dekabr 19:14
Sosial
12 Dekabr 18:46
Xəbər lenti
12 Dekabr 18:41
Xəbər lenti
12 Dekabr 18:23
YAP xəbərləri
12 Dekabr 17:25
YAP xəbərləri
12 Dekabr 17:24
YAP xəbərləri
12 Dekabr 17:23
Sosial
12 Dekabr 17:13
Siyasət
12 Dekabr 16:37
YAP xəbərləri
12 Dekabr 16:30
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:23
YAP xəbərləri
12 Dekabr 16:09
Hərbi
12 Dekabr 15:44
YAP xəbərləri
12 Dekabr 15:41
Xəbər lenti
12 Dekabr 15:39
YAP xəbərləri
12 Dekabr 15:37