Azərbaycanın COP29-a uğurlu ev sahibliyi...
22.10.2024 [08:50]
Malik olduğumuz potensialı nümayiş etdirəcək
Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlər keçiriləcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Sammitdə imzalanıb. İlk tədbiri 1995-ci ilin martında Berlində keçirilən COP-un hər il keçirilməsi artıq ənənə halını alıb. COP-a sədrlik isə rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) təmsilçiləri arasından seçilir. Azərbaycan Şərqi Avropa qrupunun təmsilçisi olaraq bu il yekdil qərarla COP-a sədrlik edəcək. Bununla bağlı qərar keçən il Birləşmiş Ərəb Əmirliklərində baş tutmuş COP28-də qəbul olunub.
Bakıda keçiriləcək tədbirin əhəmiyyətini göstərən məqamlardan biri orada iştirak edəcək qonaqların sayıdır. Belə ki, ilkin məlumatlara görə, COP29-da 100-dən çox ölkənin nümayəndələri, xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, “yaşıl enerji” sahələrində ixtisaslaşan qurumların təmsilçiləri, ümumilikdə, 80 minə yaxın qonağın iştirakı gözlənilir.
Bu gün dünyanı narahat edən əsas məsələlərdən biri də iqlim dəyişikliyidir. Məhz buna görədir ki, hazırda COP tədbirinin əhəmiyyəti xeyli artıb.
Bu barədə tədqiqatçı, sosioloq Məhbubə Mehdiyevanın məqaləsində bildirilir ki, bəşər övladı uzun dövr ərzində öz ehtiyaclarını ödəmək üçün təbii sərvətlərdən bir çox hallarda kortəbii şəkildə istifadə etməklə ətraf mühitə sağalmaz yaralar vurub, qlobal ekoloji durumu fəlakət halına gətirib. Xüsusilə son yüz ildə bioloji müxtəlifliyə qarşı ciddi təhdidlər, nadir flora və fauna növlərinin tükənməsi adi hal alıb. İqlim dəyişiklikləri içməli və suvarma suları ilə təminatda problemlər yaradıb, buzlaqların və göllərin sahəsi azalıb, miqrasiya güclənib, ekosistem xidmətlərinin keyfiyyəti isə aşağı düşüb. Beləliklə, bioloji müxtəlifliyə və ümumilikdə, təbiətə dağıdıcı təsirlərlə bağlı narahatlıq XX əsrin ortalarına doğru getdikcə daha çox hiss olunmağa başlayıb. Yaşıllıqların yüksək sürətlə azalması, qlobal istiləşmə, atmosferin temperaturunun son 250 ildə 20 C-yə qədər yüksəlməsi ilə bağlı əsaslı məlumatların aşkarlanması elm adamlarını, qabaqcıl təfəkkür sahiblərini artan təhlükəni görməyə, həyəcan təbili çalmağa vadar edib. Nəticədə iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biri kimi daim diqqət mərkəzinə düşüb.
İqlim dəyişmələri ilə bağlı vəziyyət fəlakətə doğru dəyişir...
İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun hesabatına görə, temperaturun artması əsasən istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə əlaqədardır. Belə ki, sənaye dövrünü əhatə edən son iki əsrdə atmosferdə karbon qazının miqdarı 28 faiz, metanın miqdarı isə 60 faiz artıb. Məhz bunların nəticəsidir ki, bəşəriyyət iqlim dəyişikliyinin, o cümlədən dəyişən hava şəraitinin, dəniz səviyyəsinin qalxıb-enməsinin və daha ekstremal hava hadisələrinin təsirlərinə məruz qalır. Çünki insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının emissiyaları iqlim dəyişikliyinə təkan verir və bu proses davam edir. İndi onlar tarixdə ən yüksək səviyyəyə çatıb. Heç bir tədbir görülməzsə, dünyanın orta səth temperaturunun XXI əsrdə 3 dərəcə artacağı ehtimal olunur. Bu isə, sözün əsl mənasında, fəlakət deməkdir.
Odur ki, bu problemin aradan qaldırılması beynəlxalq səviyyədə koordinasiya tələb edir. Çünki iqlim dəyişikliyi milli sərhədlərə məhəl qoymayan qlobal problemdir. İstənilən yerdə baş verən emissiyalar planetin hər yerində hiss olunur və təbii ki, insanlara təsir göstərir. Başqa sözlə desək, qlobal istiləşmənin qarşısını almaq yalnız bir dövlətin öhdəliyi olmadığına görə bütün dünya ölkələri birləşməlidir. Dünyanın aşağı karbonlu iqtisadiyyata doğru keçidinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq olduqca vacibdir.
Kioto Protokolu və Paris Sazişi
Ötən əsrin 90-cı illərində hərarətin 1,5 dərəcə yüksəlməsi ilə əlaqədar 1997-ci ildə imzalanan Kioto Protokolu beynəlxalq əməkdaşlıq baxımından vacib sənədlərdən biri hesab oluna bilər. Bu Protokola qoşulanlar qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullanmasını məhdudlaşdırmaq öhdəliyini daşıyır. Azərbaycan da daxil olmaqla, bir çox ölkə bu Protokolu ratifikasiya edib. Ölkəmiz Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib və 2015-ci ildə bu sənəd üzrə öhdəliklərin yerinə yetirilməsinin ikinci dövrü üçün qəbul edilmiş Doha əlavəsini ratifikasiya edib.
Beynəlxalq əməkdaşlıq baxımından digər vacib sənəd isə 2015-ci ildə imzalanmış Paris Sazişidir. Bu Saziş 2016-cı il noyabrın 4-də qüvvəyə minib. Onu imzalayan ölkələr qlobal temperaturun artım səviyyəsini 2 dərəcə Selsidən aşağı məhdudlaşdırmağa razılaşmaqla yanaşı, ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.5 dərəcə Selsi olması üçün mübarizə aparmaq öhdəliyi götürüblər. Bu sənəddə də atmosferdə karbon dioksidin azaldılmasına dair tədbirlərin tənzimlənməsi əsas öhdəlik kimi əks olunub.
Azərbaycanın öhdəlikləri
Qeyd edək ki, Azərbaycan bu Sazişi 2016-cı il aprelin 22-də imzalayıb və həmin ilin oktyabrında ratifikasiya edib. Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün “Milli səviyyədə müəyyən edilmiş Töhfələr” sənədini təqdim edib və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 35 faiz həcmində azaldılmasını hədəfləyib. Ölkəmiz 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş COP26-da isə qlobal iqlim dəyişmələrinə təsiri azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq 2050-ci ilə qədər bu emissiyaların 40 faiz həcmində azaldılması hədəf kimi götürüb.
Ölkəmizin götürdüyü öhdəliklərə uyğun olaraq xeyli işlər gördüyü hər kəs tərəfindən təqdir edilir. Belə ki, 1990-2022-ci illər üzrə aparılmış İstilik Effekti Yaradan Qaz Emissiyalarının inventarlaşmasına əsasən, 2022-ci ildə Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə emissiyaların 34,2 faiz azalmasına nail olub. Bütün bunlar şübhəsiz ki, ölkədə həyata keçirilən uğurlu ekoloji siyasətin nəticəsidir.
Bununla yanaşı, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” adlı 4-cü və “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi” adlı 5-ci prioritetlərin reallaşdırılması çərçivəsində hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm işlər həyata keçirilir. Həmin ərazilərimizdə yaşıl enerji zonası yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur. Bundan əlavə, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında “Az karbonlu inkişaf üzrə Milli Strategiya”, “Milli Adaptasiya Planı” və digər önəmli sənədlərin hazırlanmasına başlanılıb.
Bir sözlə, hazırda ölkəmizdə iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilir.
Bəzi ölkələr bu qlobal məsələyə laqeyd münasibət bəsləyir
Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də iqlim dəyişikliyinin qarşısının alınması üçün götürülən öhdəliklərə sadiqlik nümayiş etdirməyən ölkələr var. Paris Sazişinin imzalanmasından ötən dövr ərzində dünya birliyinin götürdüyü öhdəliklərin icra vəziyyəti onu deməyə əsas verir ki, aparılan siyasətlər hələ də temperaturu sabitləşdirmək və iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün kifayət deyil. Çünki heç də hər kəs emissiyaların kifayət qədər sürətlə azaldılması istiqamətində lazımi investisiya və maliyyə vəsaiti cəlb etmir. Odur ki, fəaliyyət imkanları getdikcə azalır. Lakin bu tendensiyanın qarşısını almaq və gələcək nəsillər üçün sağlam, inkişaf edən, yaşana bilən planet saxlamaq üçün az da olsa, vaxt var.
Sözsüz ki, dünyada iqlim dəyişikliyinin qarşısının tam alınması qeyri-mümkündür. Lakin prosesi zəiflətmək və gələcək nəsillərin də həyatını xilas etmək üçün Kioto Protokolu və Paris Sazişi kimi beynəlxalq sənədlərin icrasına diqqət artırılmalıdır. Planetimizi qorumaq hər kəsin öhdəliyidir.
Bütün bunları nəzərə aldıqda biz COP29-un nə qədər vacib tədbir olduğunu görürük. Digər tərəfdən Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi ölkəmizin növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından önəmlidir. Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da artmasına və mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.
Xəbər lenti
Hamısına baxHərbi
13 Dekabr 17:02
Siyasət
13 Dekabr 17:01
Hərbi
13 Dekabr 17:00
Dünya
13 Dekabr 17:00
Siyasət
13 Dekabr 16:58
Siyasət
13 Dekabr 16:57
Siyasət
13 Dekabr 16:55
Dünya
13 Dekabr 15:52
Dünya
13 Dekabr 15:48
Sosial
13 Dekabr 15:46
Sosial
13 Dekabr 15:45
Dünya
13 Dekabr 15:41
Sosial
13 Dekabr 15:20
Yeni texnologiyalar
13 Dekabr 15:05
Sosial
13 Dekabr 14:37
Sosial
13 Dekabr 14:28
Dünya
13 Dekabr 14:12
Xəbər lenti
13 Dekabr 14:12
Siyasət
13 Dekabr 14:01
Siyasət
13 Dekabr 13:18
Sosial
13 Dekabr 12:37
Sosial
13 Dekabr 12:35
İqtisadiyyat
13 Dekabr 12:18
Sosial
13 Dekabr 12:14
İdman
13 Dekabr 12:08
Sosial
13 Dekabr 12:00
Dünya
13 Dekabr 11:41
YAP xəbərləri
13 Dekabr 11:26
Siyasət
13 Dekabr 11:16
Elm
13 Dekabr 10:58
Siyasət
13 Dekabr 10:57
Sosial
13 Dekabr 10:49
Siyasət
13 Dekabr 10:48
Siyasət
13 Dekabr 10:41
MEDİA
13 Dekabr 10:25
Sosial
13 Dekabr 10:15
Hadisə
13 Dekabr 10:15
İqtisadiyyat
13 Dekabr 10:14
İqtisadiyyat
13 Dekabr 10:11
İqtisadiyyat
13 Dekabr 09:52
Siyasət
13 Dekabr 09:36
Analitik
13 Dekabr 09:14
Ədəbiyyat
13 Dekabr 08:51
Analitik
13 Dekabr 08:34
Dünya
13 Dekabr 08:12
Xəbər lenti
12 Dekabr 23:45
Xəbər lenti
12 Dekabr 23:39
Elm
12 Dekabr 23:12
Hərbi
12 Dekabr 22:58
Xəbər lenti
12 Dekabr 22:37
İdman
12 Dekabr 22:15
İqtisadiyyat
12 Dekabr 21:54
Xəbər lenti
12 Dekabr 21:34
Xəbər lenti
12 Dekabr 21:12
Xəbər lenti
12 Dekabr 20:58
Sosial
12 Dekabr 20:32
Elm
12 Dekabr 20:17
İdman
12 Dekabr 19:52
MEDİA
12 Dekabr 19:35
İqtisadiyyat
12 Dekabr 19:14
Sosial
12 Dekabr 18:46
Xəbər lenti
12 Dekabr 18:41
Xəbər lenti
12 Dekabr 18:23
YAP xəbərləri
12 Dekabr 17:25
YAP xəbərləri
12 Dekabr 17:24
YAP xəbərləri
12 Dekabr 17:23
Sosial
12 Dekabr 17:13
Siyasət
12 Dekabr 16:37
YAP xəbərləri
12 Dekabr 16:30
YAP xəbərləri
12 Dekabr 16:28