Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda mövcud avtobus zolağının uzunluğu açıqlanıb

Bakıda mövcud avtobus zolağının uzunluğu açıqlanıb

11.10.2024 [22:56]

Avtobus zolaqları ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün ən sadə, lakin ən vacib elementlərdən biridir. Bu gün paytaxtın 29 küçə və prospektində 85 kilometr xüsusi hərəkət zolağı mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov bildirib.

Onun sözlərinə görə, müxtəlif ərazilərdə təşkil edilən bu zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir.

“Bununla 900 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Bu gün avtobuslarla 1,2 milyon sərnişinin daşınması həyata keçirilir”, - deyə T.Səfərov qeyd edib.

Qurum rəsmisi bildirib ki, hazırda Zabrat yolu kimi tanınan ərazidə zolaqların təşkili davam etdirilir. Əlavə edib ki, bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, onların istismar xərclərini azaltmağa da imkan verir.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31