Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

11.10.2024 [20:53]

Oktyabrın 11-də Madrid şəhərində Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya nümayəndə heyətinə isə xarici və qlobal işlər üzrə dövlət katibi Dieqo Belio Martinez rəhbərlik ediblər.

İclas zamanı Azərbaycan və İspaniya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Davamlı siyasi dialoqun əhəmiyyəti və bu xüsusda yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələrinin əhəmiyyəti də vurğulanaraq bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli və çoxtərəfli müstəvidə təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib.

İki ölkə arasında münasibətlərdə iqtisadi əməkdaşlığın, bu xüsusda qarşılıqlı ticarətin və ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin əhəmiyyəti vurğulanıb. İqtisadi əlaqələrin inkişafı üçün ticarətin şaxələndirilməsi, investisiyaların təşviqi, alternativ enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq imkanlarından faydalanmağın məqsədəuyğunluğu qeyd olunub.

Humanitar sahədə əlaqələrin, o cümlədən təhsil, mədəniyyət sahələrində əməkdaşlığın, habelə turizm sektorunda mübadilələrin xalqlararası təmasların gücləndirilməsində faydalı olduğu qeyd edilib.

Məsləhətləşmələrdə beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəfə məlumat verilib.

Görüşdə qarşı tərəfə postmünaqişə dövründə bölgədəki vəziyyət və davamlı sülhün bərqərar olunması istiqamətində Azərbaycanın atdığı addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Səfər zamanı F.Rzayev, həmçinin İspaniyanın digər rəsmi şəxsləri ilə görüşüb, tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31