Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan MDB ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycan MDB ilə əməkdaşlığa böyük əhəmiyyət verir

11.10.2024 [17:40]

Ramil  Qurbanov

YAP Qazax rayon təşkilatının fəalı

Ümummilli Liderimiz  Heydər Əliyev  xalqın tələbi ilə 1993- cü ildə hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Dahi Rəhbər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Ulu Öndər Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”.

Qeyd edək ki, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk önəmli addımlardan biri idi və  bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi. Ümumiyyətlə Azərbaycan müstəqilliyə qovuşduqdan sonra yaxın qonşumuz olan Rusiya ilə əməkdaşlığın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində Ümummilli Liderimiz Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur. Məhz onun səyləri ilə bu əlaqələr dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ümummilli Lider Heydər Əliyevin Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə aydın şəkildə  müəyyən edir.

Hazırda qloballaşan dünyanın beynəlxalq münasibətlər sistemində vacib amil olan Azərbaycanın xarici siyasət kursu Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev tərəfindən  milli maraqlarımıza uyğun şəkildə  aparılır. Məhz bu uzaqgörən siyasətın nəticəsidir ki,   ölkəmizin nüfuzu gündən-günə artır.  Nəhəng layihələrin Azərbaycanda reallaşması, ölkəmizə göstərilən yüksək etimadın  nəticəsidir.  Beynəlxalq aləmlə fəal əməkdaşlıq edən rəsmi Bakı keçmiş İttifaq ölkələri ilə də MDB səviyyəsində sağlam əlaqələr qurur, dost ölkələrlə siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafa böyük  töhfələr verir. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılması, səfər çərçivəsində keçirdiyi görüşləri  və çıxışı  bunun növbəti sübutudur.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev çıxışı zamanı  çox vacib bir məqama toxunaraq bildirdı ki,MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək.

Çox mühüm məqamlarla yadda qalan çıxışı zamanı Dövlət Başçımız bildirdi ki, Azərbaycan - Rusiya əlaqələri son onilliklərdə beynəlxalq münasibətlərdə qlobal səviyyədə inkişaf edir. Bundan əlavə, ildən-ilə Moskva ilə Bakı arasında qarşılıqlı əlaqələr dərinləşir və genişlənir. 

İkinci Dünya müharibəsində Azərbaycan ümumi qələbəmizə  verdiyi sanballı töhfələrdən danışan Möhtərəm Prezidentimiz qeyd etdi ki, Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31