Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveçrənin Ukraynaya yardımı döyüş meydanındakı vəziyyətə görə dəyişəcək

İsveçrənin Ukraynaya yardımı döyüş meydanındakı vəziyyətə görə dəyişəcək

11.10.2024 [19:47]

İsveçrə növbəti dörd il ərzində Ukraynaya 1,5 milyard avro yardım etməyi planlaşdırır. Lakin bu planların həyata keçirilməsi digər məsələlərlə yanaşı, döyüş meydanındakı vəziyyətdən və İsveçrənin maliyyə durumundan da asılı olacaq.

AZƏRTAC xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İnyasio Kassis Cenevrədə keçirilən mətbuat konfransında deyib.

“İsveçrə indiyədək müharibədən zərər çəkənlərə dəstək üçün təxminən 500 milyon avro yardım edib. Növbəti dörd il ərzində inkişaf, bərpa və yenidənqurma işlərinə əlavə olaraq 1,5 milyard avro ayıracağıq”, - deyə İnyasio Kassis bildirib.

Nazir, həmçinin İsveçrə hökumətinin 2036-cı ilədək Ukraynaya 5 milyard avro ayırmaq öhdəliyini xatırladıb: “Biz yaxın 12 il ərzində uzunmüddətli yardımdan danışırıq. Lakin bu, ilk növbədə ölkədəki maliyyə vəziyyətindən və döyüş meydanındakı durumdan asılı olacaq”.

Avropa İttifaqının üzvü olmayan İsveçrə neytral statusuna baxmayaraq, Ukraynadakı müharibə ilə əlaqədar Brüsselin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyir.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31