Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gənclərin İqtisadiyyat Olimpiadası: 50 tələbə biliklərini sınayıb

Gənclərin İqtisadiyyat Olimpiadası: 50 tələbə biliklərini sınayıb

11.10.2024 [19:15]

Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “2024 – Gənclərin İqtisadiyyat Olimpiadası” keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, AzMİU-nun Tikinti-iqtisad fakültəsində təşkil olunan olimpiadada iqtisadiyyatyönümlü ixtisaslarda təhsil alan 50 gənc öz biliklərini sınamaq imkanı əldə edib.

İqtisadiyyat olimpiadasının əsas məqsədi tələbələrin iqtisadi sahədəki bilik və bacarıqlarını qiymətləndirmək, səriştəsi və bacarığı ilə digər gənclərdən fərqlənənləri tanımaqdır. Qeyd olunub ki, bu cür olimpiadalar, iştirakçıların analitik düşüncə tərzini inkişaf etdirmək və yüksək potensiala sahib gəncləri üzə çıxarmaq baxımından önəmli addımdır.

Sonda olimpiadada iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.

İqtisadiyyat olimpiadasında ən yüksək nəticə göstərən 15 tələbə “FZ Academy” tərəfindən müxtəlif kurslar üzrə 6 aylıq ödənişsiz təhsil paketi əldə edəcək. Bu, iştirakçılara əlavə bilik və bacarıqlar qazanmaq, onların peşəkar inkişaflarına yönəlmiş yeni perspektivlər açmaq baxımından önəmli olacaq.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31