Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mədəniyyət naziri: Yeni dövrün çağırışları teatrların fəaliyyətində nəzərə alınmalıdır

Mədəniyyət naziri: Yeni dövrün çağırışları teatrların fəaliyyətində nəzərə alınmalıdır

11.10.2024 [15:23]

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Kukla Teatrında olub, kollektivlə görüşüb.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

93 illik zəngin keçmişə malik sənət ocağının milli kuklaçılıq ənənələrini layiqincə yaşatmağından söhbət açan nazir dövlət teatr müəssisələri ilə ilk görüşün məhz bu teatrla başlanmasının təsadüfi olmadığını bildirib. A.Kərimli qeyd edib ki, teatr tamaşa-plan göstəriciləri, repertuar siyasəti, daxili və xarici qastrollar, beynəlxalq festivallarda iştirak baxımından fəaliyyəti ilə seçilir. Qarşıda duran məqsəd və vəzifələrdən danışan nazir yeni dövrün çağırışlarının teatrların fəaliyyətində nəzərə alınmasının əhəmiyyətini qeyd edib.

Görüşdə vurğulanıb ki, çağdaş sənət meyilləri, dünya teatr prosesinə inteqrasiya ilə yanaşı, milli ənənələrə əsaslanan repertuar siyasəti qurulmalıdır. Eyni zamanda istedadlı, ixtisaslı gənclərin sənət ocağına cəlb edilməsi, yaradıcı və texniki heyətin xarici ölkələrdə təkmilləşmə kurslarında, ustad dərslərində iştirakı da diqqətdə saxlanılmalıdır.

Daxili qastrol marafonunun bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayan nazir sənət ocağının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə fəaliyyətlərində nazirliyin diqqət və qayğısını daim hiss etdiklərini diqqətə çatdırıb. O, ölkədə fəaliyyət göstərən beş kukla teatrı üçün mərkəz funksiyasını yerinə yetirən Azərbaycan Dövlət Kukla Teatrının statusu ilə bağlı məsələni qeyd edib, eləcə də kuklaçıların əməyinin qiymətləndirilməsini arzuladıqlarını söyləyib.

Teatrın mütəmadi şəkildə yüksək kateqoriyalı beynəlxalq festivallarda iştirak etdiyini deyən direktor vaxtilə ölkəmizdə keçirilən “Cırtdan” Bakı Beynəlxalq Kukla Teatrları Festivalı formatında yeni layihənin reallaşmasının əhəmiyyətini vurğulayıb.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31