Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb

Bakıda iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb

11.10.2024 [14:21]

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan spirtli içkilər aşkarlanıb. Obyektdə 2 ədəd 0,7 litrlik “Аrxangelskaya” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0,7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0,5 litrlik və 1 ədəd 0,7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsullarının satıldığı məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun şəkildə obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Asan gömrük dəhlizi

04 Dekabr 10:48

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31