Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Donald Tramp seçicilər arasında dəstəyinə görə Kamala Harrisi iki faiz üstələyir

Donald Tramp seçicilər arasında dəstəyinə görə Kamala Harrisi iki faiz üstələyir

11.10.2024 [10:37]

ABŞ-da prezident postuna Respublikaçılar partiyasından namizəd Donald Tramp seçicilər arasında dəstəyinə görə Demokratlar partiyasından olan əsas rəqibi vitse-prezident Kamala Harrisi iki faiz üstələyir.

AZƏRTAC xəbər verir ki, bunu “Rasmussen Reports” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının 48 faizi noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı, 46 faizi isə Kamala Harrisi dəstəkləməyə hazır olduqlarını deyib. Respondentlərin 3 faizi isə onların heç birini dəstəkləmədiyini və başqa namizəd olarsa, ona səs verəcəklərini bildirib.

“Rasmussen Reports” mərkəzinin əvvəlki sorğusu zamanı Donald Trampa dəstək 49 faiz, Kamala Harrisə dəstək isə 47 faiz olub.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.

Paylaş:
Baxılıb: 335 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30