Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

10.10.2024 [23:33]

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq çərçivəsində “Google”, Mərkəzi Asiya və Qafqaz regionlarından yerli developerlərə təlim keçmək məqsədi daşıyan “Build with AI for Sustainability” proqramını həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə “Google” şirkətinin Mərkəzi Asiya və Qafqazda dövlət orqanları ilə əlaqələr üzrə rəhbəri Olqa Skoroxodova bildirib.

“Bir aydan sonra Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində yerli hökumətlərlə əməkdaşlıq çərçivəsində biz hazırda “Build with AI for Sustainability” adlı proqramı həyata keçiririk. Onun məqsədi Mərkəzi Asiya və Qafqazdan olan yerli developerlərə “Google”un məlumatların mühafizəsi sistemi – “Gemini” imkanlarından istifadə etməklə öz bazarları üçün spesifik həllərin hazırlanması yollarını öyrətməkdir. Bu, dayanıqlı inkişaf sahəsində konkret problemlərin dövlət-özəl tərəfdaşlıq vasitəsilə necə effektiv şəkildə həll oluna biləcəyinə dair təkcə bir misaldır”, - deyə Skoroxodova bildirib.

Ekoloji istiqamətdə yerli startapların mühüm rolunu qeyd edən “Google”nin nümayəndəsi məlumatların qorunmasının ölkələrin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31