Son debat... Olmayacaq!
11.10.2024 [08:38]
Tramp-Harris duelinin növbəti raundu reallaşmayacaq
Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində rəqib olan Donald Tramp və Kamala Harrisin sentyabrın 10-da “ABC” kanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində təşkil olunmuş teledebatı böyük marağa səbəb olmuşdu. Canlı yayımda 67 milyondan çox insanın izlədiyi debat sonradan sosial mediada yüz milyonlarla baxış yığmışdı. Bu isə, seçkiyə qədərki müddətdə yeni bir debatın reallaşmasına ümid yaradırdı. Hətta ilk debat başa çatdıqdan dərhal sonra Harrisin seçki qərargahının nümayəndəsi ikinci tura hazır olduqlarını elan etmişdi. Amma...
Tramp imtina etdi...
Deyəsən, debatın növbəti turu baş tutmayacaq. ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirakdan imtina edib. Prezidentliyə namizəd bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, debat keçirmək üçün artıq gecdir. “Proses artıq həddən artıq uzağa gedib, səsvermə artıq başlayıb - revanş olmayacaq!”, - deyə o vurğulayıb.
“Mən Fox News-un sentyabrın 4-də Kamala ilə debat dəvətini qəbul etdim, lakin o, rədd etdi” - deyə Tramp yazıb. Siyasətçinin sözlərinə görə, Harris Co Baydenin siyasətini davam etdirəcəyini açıq şəkildə ifadə edib və bu, hazırki vitse-prezidentlə sonrakı debatları mənasız edir. Bundan əlavə, Donald Tramp qeyd edib ki, hazırda səsvermədə irəlidədir və onunla rəqibi arasındakı məsafə günü-gündən artmaqdadır.
Xatırladaq ki, “Fox News” telekanalı prezidentliyə namizədlərə oktyabrın 24-də və ya 27-də yeni debatla bağlı təklif göndərmişdi.
Seçicilər narazıdır: hərbi xərclər artır, sosial xərclər isə...
Siyasi analitiklər Trampın bu imtinasının bir sıra mühüm amillərə söykəndiyini yazır. Harrisin bir müddət öncə “Co Baydenin siyasətini davam etdirəcəyəm” proqramı ilə çıxış etməsi onun son 1 ayda artan reputasiyasını yenidən sual altına alıb. 2021-ci ilin yanvarından etibarən Ağ evə sahiblik edən Baydenin son 4 ilə yaxın müddətdəki fəaliyyətinə nəzər saldıqda olduqca mühüm ştrixlər diqqəti cəlb edir:
- Bayden administrasiyası ABŞ-ın illərlə yürütdüyü “yumşaq güc” siyasətindən imtina edərək Vaşinqtonu hərbi müdaxiləçiyə çevirib;
- Bayden administrasiyası ABŞ-ın milli maraqlarını deyil, lokal qrupların maraqlarını qorumağa başlayıb;
- Bayden administrasiyası Rusiya ilə münasibətləri ən son həddə qədər kəskinləşdirərək qütblərarası savaşa yol açıb;
- Bayden administrasiyası ABŞ-ın sosial xərclərini hərbi xərclərə yönləndirib: 2023-cü ildə hərbi büdcə 45 milyard dollar artaraq 847 milyard dollar təşkil edib. 2024-cü il üçün hərbi xərclər 886,3 milyard dollara qədər artıb. 2025-ci maliyyə ili üçün hərbi xərclər 895,2 milyard dollar həcmində təsdiqlənib;
- Bayden administrasiyasının 4 illik hakimiyyəti dövründə qanunsuz miqrasiyasının həddi bir neçə dəfə artıb.
Bunun qarşılığında isə sosial xərclərə ayrılan büdcə vəsaitində artım olduqca cüzi rəqəmlərlə ifadə edilir. Beləliklə, Trampın Harrisi tənqid etməsi üçün bu qədər açıq faktı mövcuddur və bunu seçicilərlə görüşlərdə öz çıxışında da bildirir. Məhz bunun nəticəsidir ki, son günlərdə Harrisin reytinqinin qalxdığı ştatlarda - Nevada, Pensilvaniya, Miçiqan və Viskonsində keçirilən sorğularda Tramp yenidən önə çıxıb.
Yaxın Şərq ABŞ seçkisinə hansı təsiri edəcək?
Hətta ABŞ-ın tanınmış siyasi analitikləri belə Yaxın Şərqdə baş verənlərin prezident seçkilərinə təsiri haqda fikirlərini bölüşərkən bu təsirləri iki paralel xəttə bölür:
- Demokratların yəhudi lobbisindən “gözləntilərinə;
- Müharibənin genişlənməsinin ABŞ üçün nələr vəd etməsinə.
Birinci hal xüsusilə Bayden administrasiyasının son baş verənlərdəki fəallığı ilə birbaşa əlaqələndirilir. Başqa sözlə, müdafiə naziri Lloyd Ostinin mütəmadi şəkildə Təl-Əvivə ən yüksək səviyyədə yardım üçün hazır olduqlarını bəyan etməsi, Aralıq dənizi hövzəsinə İsrailə yardım üçün təyyarədaşıyan gəmilərin çıxarılması, humanitar yardımların artırılması və ən sərt ritorikadakı yanaşmalar Demokratlar üçün göydəndüşmə fürsət və təbliğat vasitəsi sayıla bilər. Harris artıq bir neçə görüşündə İsrailə yardım məsələsini bu və ya digər şəkildə yəhudi lobbisinin “diqqətinə” çatdırıb. Nəzərə alsaq ki, ABŞ-dakı aparıcı yəhudi lobbisinin nümayəndələri Respublikaçıları dəstəkləyən qrup kimi tanınır, Harrisin bu cəhdlərinin marafonda önə keçmək üçün dəstək qazanmağa hesablandığını görə bilərik.
Yaxın Şərq müharibəsinin uzanması perspektivi isə Demokratların əleyhinə yönələn bir haldır. Bu, avtomatik olaraq hərbi xərclərin bir az daha da artırılmasını zəruri edir - ortadakı fərqi qapatmaq üçün isə mütləq şəkildə sosial xərclərdən və ya milli gəlirlərdən istifadə olunacaq. Bu isə geniş sosial etirazlar doğurur. Trampın artıq səsvermənin “başladığını” bildirməsi də bu faktorla əlaqədardır.
Demokratların “təbii fəlakəti”...
Respublikaçılar üçün digər bir arqument isə ölkədə baş verən təbii fəlakətlər olub - xəbər verildiyi kimi, “Milton”“ qasırğası ABŞ-ın Florida ştatının Sent-Lusi dairəsində azı iki nəfərin ölümünə səbəb olub. Təbii fəlakət nəticəsində, həmçinin bir neçə nəfər xəsarət alıb. Regional Fövqəladə Hallar Agentliyi Floridada qasırğa nəticəsində 125-ə yaxın evin dağıldığını bildirmişdi. “Milton” qasırğasından öncə - sentyabrın sonunda ABŞ-ın bəzi ştatları “Helen” qasırğasından əziyyət çəkmişdi.
Konkret olaraq bu fəlakətlərin fonunda ABŞ hakimiyyətinin ləng tərpənməsi, yardımların gecikməsi ilə bağlı sosial şəbəkələrdə etirazlar bildirilib. Hətta burada Bayden adminstrasiyasının başqa xarici ölkələrə daha tez yardım etmələri tənqid olunub - öz yerli vətəndaşlarına laqeyd münasibət mühüm assosasiya yaradıb. Bu amil də seçkinin nəticələrinə təsir edə biləcək arqumentlərdən hesab olunur.
Respubilkaçıların Ukrayna arqumenti...
Və nəhayət, Trampın seçki marafonunun uğurlu nəticələnəcəyinə böyük ümidi vətəndaşların ABŞ-ın hazırki xarici siyasət kursuna müxalif münasibət bəsləməsindən qaynaqlanır. Xüsusilə, Ukrayna müharibəsinə baxış bu məsələdə həlledici rol oynayacaq. Xatırladaq ki, namizədlərin son debatında bu məsələ aktual müzakirə predmetinə çevrilmişdi - Tramp söz vermişdi ki, qalib gəlsə, hələ rəsmi vəzifəyə başlamazdan əvvəl döyüşlərə son qoyacaq. “Mən nə edəcəm - hər iki tərəflə danışacağam, onları bir yerə yığacağam. Mən prezident olsaydam, bu müharibə heç vaxt baş verməzdi... Baydenin onunla (Rusiya prezidenti Vladimir Putin) necə danışacağı, onu necə dayandıracağı barədə heç bir fikri yox idi və indi milyonlarla həyatını itirmiş insanlar var. Vəziyyət getdikcə pisləşir və bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər”, - deyə respublikaçı namizəd bildirmişdi.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirmişdi ki, ABŞ-ın noyabrın 5-də seçiləcək yeni prezidenti ölkə sahillərindən uzaqda “macəra axtarmamalı” və diqqətini özünə - daxili siyasi problemlərinə yönəltməlidir. O əlavə etmişdi ki, Rusiya üçün seçkidə Trampın və ya Harrisin qalib gəlməsinin fərqi yoxdur. Beləliklə, xarici siyasət faktorunda da Tramp özünün mövqeyini Harrisə nisbətən daha çox möhkəmləndirmiş kimi görünür.
Rəqiblər iki saatda üç dəfə əl sıxdılar...
Yeri gəlmişkən, prezidentliyə namizədlərin seçkiöncəsi bir daha qarşı-qarşıya dayanmayacaqlarının ortaya çıxdığı bir zamanda, vitse-prezidentliyə namizədlərin də debatı böyük maraq kəsb edib. Baş tutan debatda respublikaçıların vitse-prezidentliyə namizədi Ceyms Devid Vens Trampın seçki kampaniyasına müsbət təsir edəcək məsələlərdən - inflyasiya, iqtisadiyyat və qeyri-qanuni immiqrasiya haqqında danışıb. Tim Uolz isə Demokratların seçki platformasında yer alan səhiyyə və abortla bağlı mövqeni seçicilərə açıqlayıb. Debata ev sahibliyi edən CBS telekanalı izləyicilərin 42 faizinin respublikaçı Vensi dəstəklədiyini bəyan edib. Amma demokratların vitse-prezidentinin göstəricisi də çox az deyil - o, izləyicilərin 41 faiz dəstəyini qazanıb. Müstəqil müşahidəçilər isə Vensin çıxışını daha inandırıcı adlandırıblar. Məsələn, mühafizəkar mövqeni dəstəkləyən “New York Times”-ın köşə yazarı Ross Dautat Vensin çıxışını XXI əsrdə baş tutan debatların içində ən yaxşı çıxış kimi qiymətləndirib. Debatda baş verən ən maraqlı hadisələrdən biri isə iki saatlıq duel vaxtı rəqiblərin üç dəfə əl sıxışması olub: səhnə arxasında, debatın əvvəlində və sonda...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46
Elm
02 Dekabr 23:32
Dünya
02 Dekabr 23:19