Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İtaliyanın müdafiə naziri: Livanda BMT sülhməramlı missiyasının bazasına hücum qəbuledilməzdir

İtaliyanın müdafiə naziri: Livanda BMT sülhməramlı missiyasının bazasına hücum qəbuledilməzdir

10.10.2024 [21:35]

BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazasına zərbələr endirilib.

AZƏRTAC xəbər verir ki, zərbələr İsrailə məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Hadisə nəticəsində iki İndoneziya sülhməramlısı yaralanıb.

İtaliyanın müdafiə naziri Quido Krosetto ölkə hərbçilərindən xəsarət alan olmadığını, bazadakı videomüşahidə kameralarının sıradan çıxdığını deyib.

“İsrailin müdafiə naziri Yoav Qalant ilə əlaqə saxladım və ona Cənubi Livanda UNIFIL bazaları yaxınlığında, qərargahında və kontingentə qarşı baş verənlər İtaliya hökuməti üçün qəbuledilməz olduğunu bildirdim. Livanda yerləşdirilən İtaliya hərbçilərinin təhlükəsizliyi hökumət üçün mütləq prioritetdir. İtaliya və UNIFIL hərbçilərini risk altına qoyacaq hər hansı addımdan qaçmaq lazımdır”, - deyə Quido Krosetto vurğulayıb.

O, həmçinin İsrailin İtaliyadakı səfirini nazirliyə çağırıb və etirazını bildirib.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31