Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / MDB Parlament Assambleyasının komissiya iclasları keçirilib

MDB Parlament Assambleyasının komissiya iclasları keçirilib

10.10.2024 [18:56]

Oktyabrın 10-da MDB Parlament Assambleyasının (PA) videokonfrans formatında komissiya iclasları keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – komitə sədri Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlarla və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın, Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın, deputat Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın iclaslarında iştirak ediblər.

İclaslarda MDB PA çərçivəsində qanunvericilik tənzimləmələri üzrə əməkdaşlıq imkanları, gündəlikdə olan model qanun layihələri, model qanunlara dəyişikliklər və digər qanunvericilik tənzimləmələrinə dair tövsiyə layihələri kimi məsələlər müzakirə olunub.

Onlayn iclaslarda, həmçinin təşkilati məsələlərə baxılıb, daimi komissiyaların sədrləri və sədr müavinləri seçilib, hər üç komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin deputatları - Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın sədri, Arzu Nağıyev MDB PA-nın Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədr müavini seçiliblər.

Paylaş:
Baxılıb: 336 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30