Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xocalıya videoqrafların infoturu təşkil olunub

Xocalıya videoqrafların infoturu təşkil olunub

10.10.2024 [15:49]

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı şəhərinə infotur təşkil edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, videoqraflara Prezident İlham Əliyevin tapşırığı ilə Xocalıda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. Bildirilib ki, indiyədək Xocalıda 46 ailənin (179 nəfərin) məskunlaşması təmin edilib.

İştirakçılar səfər çərçivəsində Xocalı şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurduna qayıdan sakinlərlə görüşüb, onların fikirlərini və rəylərini öyrənib, videoçəkilişlər aparıblar.

Sonda iştirakçılar infotur haqqında fikirlərini bölüşərək, səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Bildirilib ki, Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcək.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31