Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın ilk professional bərpaçı-rəssamının 95 illik yubileyi qeyd olunub

Azərbaycanın ilk professional bərpaçı-rəssamının 95 illik yubileyi qeyd olunub

10.10.2024 [13:44]

Azərbaycanın ilk professional bərpaçı-rəssamı, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin banisi Fərhad Hacıyevin 95 illik yubileyinə həsr olunmuş “Nəsillərin görüşü...” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində təşkil olunan tədbirdə çıxış edən qurumun direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova Fərhad Hacıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Sonra Mərkəzin Elmi-tədqiqat şöbəsinin müdiri Ülviyyə Şirinova Fərhad Hacıyevin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Məruzədə Fərhad Hacıyevin ilk bərpa etdiyi Qərbi Avropa rəssamlıq məktəbinin nümunəsi olan “Monastr apteki” tablosu və mühüm bərpa işlərindən biri İ.İ.Brodskinin çəkdiyi “Hacı Zaynalabdin Tağıyevin portreti” xüsusi qeyd olunub.

Digər çıxış edənlər Azərbaycanın ilk ali dərəcəli bərpaçı-rəssamı Fərhad Hacıyevlə bağlı xatirələrini bölüşüblər.

Daha sonra Fərhad Hacıyevin fəaliyyəti illərində çəkilmiş arxiv filmi, Elmi Bərpa Mərkəzinin tarixinin dünəninə və bu gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda “Nəsillərin görüşü” adlı fotosərgiyə, Mərkəzinin elmi arxivində toplanan qurumun fəaliyyətinə dair nəşrlərə baxış olub.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31