Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan regional və qlobal inkişafa töhfələrini əsirgəmir

Azərbaycan regional və qlobal inkişafa töhfələrini əsirgəmir

10.10.2024 [12:36]

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilat – Müstəqil Dövlətlər Birliyi bu gün beynəlxalq əməkdaşlığın önəmli formatı kimi qəbul edilir. Müstəqil Azərbaycanın MDB ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil sahəsində əlaqələri regionda sülhün, thlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edir.

Ölkəmizin Müstəqil Dövlətlər Birliyi ölkələri ilə əməkdaşlığının uğurla inkişaf etməsi dövlətlər arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradıb. Eyni zamanda, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri MDB ölkələri arasında yeni regional sıx əməkdaşlıq formatlarının yaranmasını şərtləndirib.

Ölkə Prezidentimiz cənab İlham Əliyev oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini xüsusi ilə vurğulayıb, müstəqil ölkəmizin bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini bildirib.

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident cənab İlham Əliyev MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Azərbaycanın ən gözəl guşələrindən biri, Qarabağın Laçın bölgəsi maddi sərvətləri ilə dünyada öz yeri olan, özünəməxsus mədəni inkişaf yolu keçmiş ən zəngin Azərbaycan torpaqlarındandır. Laçının 44 günlük haqq, ədalət savaşında işğaldan azad edilməsi isə Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi oldu. Ölkəmizin əldə etdiyi şanlı Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrildi. Bu gün Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, çevik, praqmatik siyasəti sayəsində Laçın şəhəri gülüstana çevrilir və 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı kimi məsuliyyətli işin öhdəsindən layiqincə gələcək.

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident cənab İlham Əliyev 2025-ci ildə ölkəmizdə üçüncü MDB Oyunlarının keçirilməsini, dünyaşöhrətli, dahi Nizami yurdu- qədim Gəncə şəhərinin idman paytaxtı seçilməsini, ölkəmiz növbəti dəfə vacib bir tədbirə evsahibliyi edəcəyini xüsusi ilə diqqətə çatdırıb.

Oktyabrın 8-də reallaşan Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bir daha göstərdi ki, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilən Azərbaycanla çoxşaxəli tərəfdaşlıq MDB ölkələri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan da öz növbəsində xarici siyasətində milli maraqlar, həmçinin, beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni, daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu da hər zaman haqqın, ədalətin carçısı olan Azərbaycanın regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfələrini əsirgəmədiyinin daha bir nümayişi oldu.

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31