Azərbaycan-Rusiya müttəfiqliyi yüksək səviyyədədir
10.10.2024 [12:30]
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, zaman qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları, umu-küsüləri qaydaya salır. Rusiya da, Azərbaycan da gələcəyə nikbin nəzərlərlə baxır. 2022-ci ilin fevralında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş bu gün də lazmi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər. Qeyd edim ki, bu sənəd həm Rusiya, həm də Azərbaycan üçün olduqca həssas bir dönəmdə imzalanıb. Sonrakı illər göstərdi ki, bu saziş beynəlxalq arenada, xüsusilə də Avropada təklənən Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etdiyinə görə bəzi Avropa ölkələrinin haqsız basqısına məruz qalan Azərbaycan üçün də çox əhəmiyyətlidir. Hazırda Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birini dəstəkləmə və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Rusiya üçün cənub istiqamətində strateji nəqliyyat dəhlizlərindən biri Azərbaycan ərazisindən keçir və Rusiya ilə İran arasında əlaqə yaradır. Bu, yük tranziti baxımından hər üç dövlətə faydalıdır. Belə bir gerçəklik də var ki, dövlətlər arasında nə qədər çoxtərəfli sazişlər, müqavilələr imzalansa da, ölkə başçıları arasında soyuqluq varsa, o zaman o sənədlər kağız üzərində qalacaq, işləməyəcək. Xoşbəxtlikdən, hələ Ümummili Lider Heydər Əliyevlə Rusiya lideri Vladimir Putin arasında təməli qoyulan dostluq və əməkdaşlıq bu gün Prezident İlham Əliyevlə Putin arasında rəvan şəkildə davam edir.
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyev bildirdi ki, “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. Bu əslində o deməkdir ki, 2 il əvvəl bağlanan müttəfiqlik sazişi bütün sahələr üzrə dinamik inkişaf yaşayır. Təbii ki, bu mühüm addım tarixi Zəfərimizin reallıqlarının təqdimatında öz sözünü deyəcək. Hazırda nəinki Laçın, işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.
1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri yandırılmış və viran edilmişdi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir. Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış artıq başlanıb. Keçmiş məcburi köçkünlər öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. İlk Laçın şəhər günündə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı hər bir Laçınlının bu günü böyük qürur hissi ilə yaşadığını qeyd edərək demişdi: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.”
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46
Elm
02 Dekabr 23:32
Dünya
02 Dekabr 23:19