Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mülki Kollegiyasının sədri: Məişət zorakılığı qlobal məsələdir

Mülki Kollegiyasının sədri: Məişət zorakılığı qlobal məsələdir

10.10.2024 [11:39]

Məişət zorakılığı qlobal məsələdir və yalnız Azərbaycana aid problem deyil. Tarixən müxtəlif dövrlərdə bu problem həmişə mövcud olub. Müəyyən tarixi dövrlərdə isə bu məsələ qabardılıb və ya ört-basdır edilib.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə vəkillər və hakimlər üçün keçirilən “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.

O, bununla bağlı qabaqlayıcı tədbirlərin üç istiqamətə ayrıldığını və hər bir istiqamət üzrə kifayət qədər geniş tənzimləyici ifadələrdən istifadə olunduğunu qeyd edib. Bildirib ki, "Məişət zorakılığı haqqında" Qanunun qəbuluna qədər bu məsələ ümumi kontekstdə qiymətləndirilsə də, hazırkı formada selektiv yanaşma tətbiq edilir.

“Bu istiqamətdə qanunvericilik kifayət qədər təkmildir. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi məsələsi gündəmdədir”, - deyə Sənan Hacıyev qeyd edib.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31