Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

10.10.2024 [09:59]

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransı çərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üzrə media akkreditasiya portalını istifadəyə verib.

AZƏRTAC xəbər verir ki, bu ilin 11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil və idarə ediləcək, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə innovasiyalar və potensial həllər üzrə dinamik mərkəz olacaq Yaşıl Zonaya media nümayəndələrinin akkreditasiyası açıq elan edilib. Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə oktyabrın 9-dan etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə oktyabrın 30-u saat 23:00 (GMT+4) olaraq təyin edilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindən idarə edilən, rəsmi görüş və danışıqların məkanı olan Mavi Zona ilə yanaşı, Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasına malik olmaqla iqlim konfransının işıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təmin edəcək. Belə ki, Yaşıl Zona üzrə akkreditasiyadan keçən jurnalistlər bir sıra müxtəlif tədbirlərə qatılmaq, iqlim fəaliyyətində aktiv iştirak edən qurum, şirkət və simalarla birbaşa əlaqə yaradaraq eksklüziv kontentlə çıxış etmək imkanı qazanacaqlar.

Akkreditə olunmuş media nümayəndələri, həmçinin Yaşıl Zonada media fəaliyyətinin operativ və səmərəli təşkili üçün qurulan Media Mərkəzi və müvafiq digər infrastruktur və texniki imkanlardan yararlana biləcəklər.

Qeyd edək ki, media akkreditasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdə media təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı media qurumunu təmsil edən media nümayəndələri üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası prosesi ilə bağlı tələblər və digər ətraflı məlumatın əldə edilməsi üçün COP29 rəsmi veb-saytında mövcud müvafiq bölməyə keçid edilə bilər. Akkreditasiya müraciətləri ilə bağlı əlavə dəstək və ya sorğularla bağlı mediaaccreditation@cop29.az elektron ünvanı vasitəsilə əlaqə saxlanılması xahiş olunur.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31