Azərbaycan MDB-də əməkdaşlığa böyük önəm verir
10.10.2024 [09:29]
Çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycan regional əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Qısa müstəqillik tarixində respublikamız əksər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu kontekstdə Azərbaycanın keçmiş ittifaq respublikalarının iştirakı ilə yaradılan Müstəqil Dövlətlər Birliyində (MDB) təmsilçiliyi də diqqət çəkir. Bu günlərdə Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda çıxış edən Prezident İlham Əliyev Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu bildirib və keçmiş müttəfiq respublikaların birgə keçdikləri yolda, o cümlədən də İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın mühüm rol oynadığına diqqət çəkib.
MDB-nin mədəniyyət paytaxtı - Laçın
Bu gün MDB-də Azərbaycana və onun Liderinə böyük ehtiram və hörmət bəslənildiyinin şahidi oluruq ki, bu da səbəbsiz deyil. Bir tərəfdən, ölkəmizin MDB-nin fəaliyyətinə verdiyi töhfələr üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Digər tərəfdən isə respublikamız Ermənistan istisna olmaqla, qurumda təmsil olunan əksər dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Liderlər tez-tez qarşılıqlı səfərlər edərək fəal siyasi dialoq aparırlar və gündəliyin yeni-yeni istiqamətlərini müəyyənləşdirirlər.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qurumda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın Azərbaycan xalqı üçün adi bir yaşayış məntəqəsi deyil. Uca dağlar qoynunda qərar tutan bu şəhərin əsrarəngiz gözəlliyə malik olması öz yerində. Ancaq Laçın bizim üçün həm də bir rəmzi məna daşıyır. Düşmənin işğal planında Ermənistanla Azərbaycanın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantını təmin etmək əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. 1992-ci ilin mayında Laçının,1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Laçının və Kəlbəcərin itirilməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu. 44 günlük müharibənin nəticələrinə uyğun olaraq Laçın şəhəri respublikamıza döyüşsüz qaytarıldı. Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. 2022-ci il sentyabrın 21-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı.
İşğal altına düşən digər şəhərlərimiz kimi, Laçın da 30 il ərzində tamamilə dağıdılmışdı. Bu gün şəhər artıq bərpa olunub. “Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”, - deyə Prezident İlham Əliyev bildirib.
Üçüncü MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi də qurum daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir. Belə genişmiqyaslı idman tədbirini ancaq Azərbaycan kimi güclü dövlət təşkil edib uğura keçirə bilər. Qeyd edək ki, III MDB Oyunları gələn il keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Ümumi Qələbəyə verilən sanballı töhfələr
Bu gün MDB-də təmsil olunan müstəqil dövlətlər zamanında İkinci Dünya müharibəsinin ağrı-acılarını birgə yaşayıblar. Əgər həmin dövrdə keçmiş ittifaq respublikalarının birliyi olmasa idi, Qələbəni əldə etmək də mümkün olmayacaqdı. Təsadüfi deyildir ki, MDB dövlət başçıları İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciət qəbul ediblər.
İkinci Dünya müharibəsində döyüşlər respublikamızdan uzaqlarda getsə də, elə ilk günlərdən bütün Azərbaycan cəmiyyəti faşizmə qarşı mübarizəyə köklənib. Müharibə illərində Azərbaycan xalqı böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Eləcə də müharibə illərində Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Dövlətimizin başçısı Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüş yolundan bəhs edib. Bu diviziyanın döyüşçüləri 1942-ci ilin martında and içiblər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırıblar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olub. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancıblar. Respublikamızın ümumi Qələbənin əldə olunmasında oynadığı mühüm rola diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib”.
İkinci Dünya müharibəsi illərində arxa cəbhənin fədəkarlığını da xüsusi qeyd edə bilərik. Həmin illərdə Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi və 440 min yaralı həmin hospitallarda müalicə alıb. Faşist Almaniyasının planlarından biri məhz Bakını tutmaq idi. Təsadüfi deyil ki, Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Əgər neft Bakısı işğala məruz qalsa idi, müharibənin yekunu tamam fərqli ola bilərdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. “Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
04 Dekabr 09:52
Dünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46