TDT-nin Bişkek sammitindən gözləntilər
10.10.2024 [09:18]
Siyasi əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizə...
Noyabrın 6-da Qırğızıstanın Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin 11-ci Zirvə görüşü keçiriləcək. Sammitə Qırğızıstan dövləti ev sahibliyi edəcək. Bununla bağlı Qırğızıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib ki, Türk Dövlətləri Təşkilatının Bişkek sammiti türk ölkələri arasında inteqrasiya proseslərinin daha da inkişafına xidmət edəcək. “Bu il Qırğızıstan Türk Dövlətləri Təşkilatına sədrliyi qəbul edəcək. Əminik ki, 6 noyabr 2024-cü ildə keçiriləcək TDT-nin Bişkek sammiti ölkələrimiz arasında inteqrasiya proseslərinin daha da inkişafına xidmət edəcək. Qırğızıstanın türkdilli dövlətlərlə münasibətləri qarşılıqlı etimad əsasında və xalqlarımızın maraqları naminə inkişaf edəcək”, - deyə məlumatda vurğulanıb. XİN qeyd edib ki, ötən illər ərzində TDT formalaşma mərhələsindən keçərək tam hüquqlu beynəlxalq təşkilata çevrilib. O, tarixi, mədəni və dini ümumiliyə görə yüksək potensiala malik mühüm regional birlik olub. “Qırğızıstan XİN Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərini əlamətdar tarix - TDT-nin yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 15 illiyi, həmçinin Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik edir”, - məlumatda qeyd edilib.
Növbəti görüş...
Vurğulandığı kimi, bu il TDT-nin davamçısı olduğu Türk Dövlətləri Əməkdaşlıq Şurasının yaranmasının, Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümüdür. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ova?tkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci ilin noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər, real siyasi vəziyyət müzakirə olunur. 2009-cu ildən bəri Zirvə görüşlərinin dördü Azərbaycanda (bu ilki qeyri-rəsmi Şuşa zirvəsi də daxil olmaqla), dördü Türkiyədə, üçü Qazaxıstanda, ikisi Qırğızıstanda, biri isə Özbəkistanda keçirilib.
Sammitöncəsi Ankara məsləhətləşmələri...
Dövlət başçılarının Zirvə görüşündən öncə oktyabrın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı TDT dövlət başçılarının noyabrın 6-da Bişkekdə keçiriləcək 11-ci sammitinə hazırlıq məsələləri, o cümlədən regional və beynəlxalq gündəlikdəki cari məsələlər müzakirə edilib. İştirakçılar, həmçinin siyasi əməkdaşlığın gücləndirilməsini və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni nəzərdən keçiriblər. Görüşün yekununda türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və adət-ənənələrinə əsaslanan çoxtərəfli tərəfdaşlığı inkişaf etdirməyə hazır olduqları təsdiqlənib. Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edib.
TDT-nin üstünlükləri: strateji və təhlükəsiz ticari aorta...
Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Türkiyənin və müşahidəçi qismində Türkmənistan, Macarıstan və ŞKTC-nin timsalında TDT inkişafının yeni mərhələsini formalaşdırıb. İndiyə qədər keçirilən sammitlər fərqli məsələlərin müzakirəsini özündə ehtiva edib - burada mədəni inteqrasiya, gömrük məsələlərinin müzakirəsi, ortaq dil məsələsinin həlli, iqtisadi tərədaşlığın gücləndirilməsi, paralel olaraq təhsil məsələsində inteqrasiyanın təşkili və bu kimi yeni dövrün ticari-iqtisadi, siyasi-humanitar mahiyyətini özündə əks etdirən zəruri istiqamətlər müzakirə predmeti olub. Son Ankara görüşündən bəlli olduğu kimi, müzakirələrdə siyasi əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizə kimi olduqca vacib məsələlər yer alır. XI sammitin bu kimi aktual məsələlərə toxunması səbəbsiz deyil - məlum olduğu kimi, Azərbaycanın son 4 ildə regionda yaratdığı siyasi-hərbi reallıqlar demək olar ki, bütövlükdə, TDT-ni əhatə edən Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya geocoğrafiyasında yeni ştrixlər formalaşdırb. Buraya təhlükəsizlik amilindən tutmuş yeni ticari münasibətlər sisteminin yaranmasına qədər həyati predmetlər daxildir. Azərbaycanın yaratdığı təhlükəsiz yol isə müasir dövrün yeni ticari aortası hesab edilir. Bu amil, Türk dünyasının iqtisadi potensialını bir neçə dəfə artırmaq gücünə malikdir. Son 4 ildə özünün yeni inkişaf mərhələsinə qədəm qoyan Türk birliyi qısa zamanda özünü təsdiq edib - yeni enerji siyasəti ilə qlobal enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli yer tutmaqla yanaşı, TDT həm də geocoğrafi üstünlüklərini iqtisadi dividendə çevirə bilib. Təbii ki, burada Azərbaycanın təəbbüsü ilə reallaşan tranzit nəqliyyat kommunikasiya xətləri xüsusi vurğulanmalıdır.
Eyni zamanda, TDT-nin yeni mərhələdə təhlükəsizik arxitekturasının möhkəmlənməsi yönündəki fəaliyyətinə nəzər saldıqda sabit və təhlükəsiz daşınma xəttinin müəyyənləşdirilməsini oratya qoymaq olar ki, burada da Azərbaycanın qəti qələbəsi ilə bitən Vətən müharibəsinin və lokal antiterror tədbirləri nəticələri xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizlik amili il bağlı bu kimi vacib kontentlər isə yeni dövr üçün Türk dünyasını bütün qlobal cəmiyyətlər üçün diqqət mərkəzinə salır.
Müdafiə sahəsində əməkdaşlığın istinad mənbəyi - Şuşa Bəyannaməsi
Ötən ilin noyabrında Astanada baş tutmuş X Astana Zirvəsi və bu ilin yayında keçirilmiş Şuşa Zirvəsi TDT-nin yeni mərhələ üçün inkişafının mühüm konsepsiyalarını məyyənləşdirib. “Türk Əsri” çağırışı altında keçirilən Astana Zirvəsində irəli sürülən təşəbbüslər olduqca mühüm məqamları əhatə edirdi - xüsusilə, Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasını qeyd etməsi yeni dövrdə Türk Dövlətləri Təşkilatı üçün mühüm perspektiv formalaşdırıb. Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı bildirmişdi ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
Bu günün rakursunda TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Hazırda bölgə dövlətlərinin əksəriyyətinin fərqli regional hərbi bloklarda təmsil olunması da buna mane olmaz - bu mənada, TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Təbii ki, bu da mane olacaq faktor sayılmamalıdır. Xatırlayırıqsa, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı aktiv müzakirələr davamlı şəkildə aparılır və bu, qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini aktlallaşdırmaq imkanındadır. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin yeni dövr üçün Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi isə əsaslı və arqumentlidir - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir. Sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub - ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, TDT üzvü olan ölkələr də özlərinin müdafiə imkanlarının inteqrasiyasını məhz bu kriteriyalar üzrə inkişaf etdirə bilərlər.
Qarabağ Bəyannaməsi: strateji yol xəritəsi...
TDT-nin Şuşa Zirvəsində imzalanan Qarabağ Bəyannaməsi isə təşkilatın strateji yol xəritəsi sayıla bilər. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoyur. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bundan başqa, Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi ortaya qoyulur. Paralel olaraq Bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Beləliklə, bu Bəyannamə TDT-nin inkişaf perspektivi ilə yanaşı istiqamətlərini də müəyyənləşdirir. Bu isə Bişkek Zirvəsindən gözləntiləri daha da artırır - 15 illik yaranış yubileyinin ardından baş tutacaq ilk Sammit Türk dünyasının qlobal məkanda yeni təqdimatına çevrilə bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 10:37
Sosial
04 Dekabr 10:35
Hadisə
04 Dekabr 10:34
İqtisadiyyat
04 Dekabr 10:33
İqtisadiyyat
04 Dekabr 10:29
Siyasət
04 Dekabr 10:14
Analitik
04 Dekabr 09:52
Dünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20