Əmək bazarı rəqəmsallaşdırılır
10.10.2024 [09:04]
Kargüzarlıq sisteminin ləğvi nəticəsində əmək müqavilələrinin bağlanması və nəzarəti yalnız elektron resurslar üzərində təmin olunur
Ölkədə həyata keçirilən təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı güzəştlərin tətbiq edilməyə başlanıldığı 2019-cu ilin əvvəli ilə müqayisədə 450.972 vahid artaraq 2024-cü il oktyabr ayının 1-nə 1.852.887 təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 430.502 vahid artaraq 970.424-ə çatıb.
Əmək müqavilələrinin sayında artımın baş verməsinin başlıca səbəbi biznesin iqtisadi faəllığının yüksəlməsi, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi islahatları ilə bağlıdır.
Rəsmi məşğulluğun təmin edilməsi sığorta yığımlarının yüksəlməsinə səbəb olub
Əmək müqavilələrinin artımı və rəsmi məşğulluğun təmin edilməsi ölkə üzrə sığorta yığımlarının da həcminin yüksəlməsinə səbəb olub. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz və ya 395,7 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 2,7 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb və 148,7 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,5 faiz artaraq 112,4 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artıb və 738,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,1 faiz artaraq 524,9 milyon manat təşkil edib.
E-qeydiyyat sistemi əmək münasibətlərini leqallaşdırır
Əmək müqavilələrinin sayının artmasında, ümumiyyətlə, əmək münasibətlərinin leqallaşdırılmasında e-qeydiyyat sistemi xüsusi rol oynayıb. Qeyd edək ki, Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyat sistemi təxminən 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, bu münasibətlərin dəqiq və əhatəli uçotunun aparılmasına, əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətini təmin etmək məqsədilə yaradılıb. Məqsəd ölkənin bütün muzdla çalışan əhalisini əhatə edən əmək müqavilələrinin elektron qeydiyyat sistemi vasitəsilə işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün də etibarlı hüquqi əsas formalaşdırmaqdır. İndiyədək bu sistemdən 8 milyondan çox insan istifadə edib. Ancaq buna baxmayaraq, hökumət hələ də “kölgə iqtisadiyyatı”nın təzahürlərinə rast gəlindiyini, rəsmiləşdirilməmiş əmək müqavilələrinin mövcud olduğunu bildirir. Təhlillərə əsasən, hazırda ölkədə məşğul əhalinin sayı 5 milyon nəfərə yaxındır. Onun təxminən 1,8 milyon nəfəri muzdlu işçilərdir və onlar əmək münasibətləri qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilib. Amma bu göstərici daha çox olmalıdır. İşəgötürənlərin böyük bir qismi yenə də öz işçilərinin adlarını rəsmiləşdirmir, işçilərin əmək və sosial hüquqlarını pozmaqla məşğuldur. Əmək müqaviləsi ilə işləyənləri nəzərə almasaq, 2 milyona yaxın məşğul insan mülki-hüquqi müqavilə ilə işləyir və xidmətlər göstərir, onlar qeyri-formal əmək bazarının iştirakçısıdır, onların əmək münasibətlərini isə tənzimləmək hələ də mümkün deyil.ƏMAS hamını vahid elektron platformada birləşdirir
Vergi və sosial müdafiə orqanları hesab edir ki, bəzi iqtisadi fəaliyyət sahələrinə aid qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar işəgötürənləri öz qanunsuz əməllərini həyata keçirməyə şərait yaradır. Məsələn, əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına daha çox tikintidə rast gəlinir. Mövcud tikinti qanunvericiliyi və normaları iş adamlarına imkan verir ki, işçilərinin sayını gizlədə bilsin. Xidmət müqavilələri, subpodratçılıq münasibətləri bu mənada, sahibkarların işini asanlaşdıran formalardır. Maraqlıdır ki, həm xidməti müqavilə, həm də subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə tutulub. Bu istiqamətdə nəzarət tədbirləri ilə yanaşı, qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.
Qeyd edilənlər nəzərə alınaraq dövlət başçısının müvafiq fərmanına əsasən, cari ilin avqust ayında “Əmək Məcəlləsinə” dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişib və kargüzarlıq sistemi ləğv olunub, kağız daşıyıcılardan imtina nəticəsində əmək müqavilələrinin bağlanması və nəzarəti birbaşa elektron resurslar üzərində təmin olunmaqdadır. Əmək müqavilələrinin elektronlaşması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) mövcud infrastrukturu da tamamilə rəqəmsallaşdırıb. Ötən dövr ərzində “Əmək və məşğulluq” altsistemini (ƏMAS) istifadəyə verən nazirlik əmək və məşğulluq sahəsində islahatların davamı kimi işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada mərkəzləşdirilmiş reyestrini təmin edib. “Əmək və məşğulluq” altsisteminin tətbiqinin rəqəmsal platformaya əsaslanması kağız üzərində kadr inzibatçılığının ləğvinə səbəb olub.
Əmək müqaviləsinin saxtalaşdırılması mümkün olmayacaq
Ümumilikdə, əmək bazarının büsbütün rəqəmsallaşdırılması nəzərdə tutulur ki, rəqəmsal platforma yeganə əmək münasibətlərinin tənzimlənməsini təmin edəcək. Əmək müqavilələrinin tamamilə elektronlaşdırılması əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək. Dəyişikliklərdən sonra daha da təkmilləşdirilən altsistem vasitəsilə işçi qüvvəsinin sayı, balansı, işçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə bütün dəqiq göstəricilər də müəyyən olunacaq. Bu isə əmək bazarı, dövlət sosial sığorta sistemi və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi yolu ilə digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsinin asanlaşmasına, bu sahədə nəzərə çarpan süründürməçilik, saxtakarlıq, ikili mühasibatlıq və s. halların aradan qaldırılmasına gətirib çıxaracaq. Bu, həm də müəssisə və təşkilatların, özəl sektorun, sahibkarlıq icmasının işçilərlə əmək müqaviləsini saxtalaşdırması hallarına da son verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46
Elm
02 Dekabr 23:32
Dünya
02 Dekabr 23:19
Xəbər lenti
02 Dekabr 22:59