Aİ-nin “missiyası” nəyə baxır?
10.10.2024 [08:58]
Bütün faktlar mümkün təxribatın anonsunu verir...
2022-ci ilin martında Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsü Cənubi Qafqaz üçün yeni perspektivlər vəd edirdi. Bu təşəbbüs ilk növbədə özündə sabitliyi və iqtisadi inkişafa əsaslanan regional əməkdaşlığı nəzərdə tuturdusa, Ermənistan üçün daha mühüm məqamlar vəd edirdi.
Amma Ermənistana üzdə “havadarlıq” edən, arxa planda isə özünün korporativ maraqlarını əsas götürən Qərb sülhün reallaşmasına bu və ya digər şəkildə maneə yaratmaqdadır. 2022-ci ilin oktyabrında Aİ-nin Ermənistana göndərdiyi və əsl fəaliyyətinin “monitorinq” olacağı bəyan edilən “mülki missiya” bunun ən real mənzərəsini yaradır. Monitorinqdən başqa bütün “qara missiyaları” yerinə yetirən, əslində isə “kəşfiyyat qrupu” olan Aİ-nin mülki missiyası ilk vaxtlarda 40 nəfərlik heyətdən ibarət idisə, artıq bu say 200-ü keçib. Missiyanın tərkibi ilə yanaşı, ofislərinin də sayı artırılıb. Burada isə artıq şərhə ehtiyac qalmır. Ötən dövr ərzində kəşfiyyat qrupunu tam şəkildə Ermənistana yerləşdirmək imkanı “qazanan” Aİ-nin məqsədi bəllidir - onlar nəinki real situasiyanı monitorinq edirlər, birmənalı şəkildə Azərbaycana qarşı təxribatların hazırlanmasında iştirak edirlər.
Missiya nəyin “monitorinqini” aparır?
Son günlərdə yayılan məlumatlarda bildirilir ki, şərti dövlət sərhədimizin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçiləri cihazları ilə ərazilərimizi müşahidə ediblər. Aylardır ki, “durbini”ni Azərbaycana tərəf tuşlayan bu missiyanın əsl fəaliyyət dairəsi monitorinq olmalı deyildimi? Onlar niyə baş verən real hadisələri monitorinq etmirlər? Məsələn:
- Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
- Sentyabrın 5-i isə saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
- Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.
- Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Beləliklə, nümunə olaraq göstərdiyimiz bir neçə atəşkəs faktı niyə Aİ missiyasının hər hansı bir hesabatında qeyd edilmir? Axı, bu missiyanın əsl işi məhz budur - amma onlar şərti sərhəd adlanan ərazilərdə kəşfiyyat fəaliyyəti göstərir və Ermənistanı revanşizmə yönəldərək fürsət axtarırlar.
Mühüm təxribatın anonsu...
Aİ missiyasının hərbi xarakterli olması şübhəsizdir - bununla bağlı real faktlar dəfələrlə yazılıb və səsləndirilib. Missiya ilə paralel olaraq Ermənistana öldürücü silahların verilməsi bir faktı da aktual edir - bu missiyanın üzvləri həmin silahlardan istifadə ilə bağlı təlim keçən kuratorlardır. ABŞ-Aİ işbirliyinin məntiqi nəticəsi olaraq meydana çıxan bu məsələ də öz təsdiqini tapır. Belə ki, bir müddət öncə ABŞ Ermənistanda kütləvi qırğın silahlarına (KQS) qarşı mübarizə çərçivəsində Ermənistan dövlət idarəetmə sisteminin səlahiyyətli orqanlarının iştirakı ilə səhra təlimləri keçirilib. Təlimlər ABŞ Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Agentliyi ilə birgə keçirilib və Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşları tərəfindən əlaqələndirilib. Rəsmi məlumata görə, təlimin məqsədi kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin yayılmasına qarşı Ermənistanın cavab tədbirlərinin imkanlarını və mexanizmlərini öyrənmək olub. Beləliklə, ABŞ hərbçilərinin keçdiyi bu “təlimlər”in alt mahiyyətində nələrin yatdığı hər kəsə bəllidir. Paralel olaraq bu missiyada Aİ-yə aidiyyatı belə olmayan Kanadanın nümayəndələrinin nə işi var?
Demək ki, nə bu müşahidə missiyası, nə də ABŞ-ın Ermənistanda görüntü olaraq fərqli adlar altında keçdiyi “təlimlər” boş yerə həyata keçirilmir. Bu, Azərbaycana qarşı hazırlanması gözlənilən mühüm təxribatlardan xəbər verir. Aİ-nin qrupunun tez-tez şərti sərhədə yollayaraq “durbinlərini” Azərbaycana doğru istiqamətləndirməsi isə aparılan kəşfiyyat işlərindən xəbər verir.
İranın “qırmızı xətti” tapdanır...
Bir maraqlı cəhət isə bu kəşfiyyat xarakterli fəaliyyətin həm də bölgə üçün təhdid yaratmasıdır. Nəzərə alsaq ki, ABŞ və Aİ Ermənistanda fəal iş aparır, demək ki, bunun nəticələri həm də başqa ölkələr üçün təlaş yaratmalıdır. Məsələn, dünənə qədər Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti sayan rəsmi Tehran niyə bu məsələyə bu qədər səssiz yanaşır? Axı, təhdidin dərəcəsi ortadadır - Azərbaycanla yanaşı, digər bölgə dövlətləri də Ermənistanın belə bir birlik üzərindən fərqli xarici maraqları bölgəyə daşımasına qarşı bütün imkanlarını səfərbər etməlidir. Axı faktlar ortadadır - bir müddət öncə yayılan xəbərlərdə də vurğulanırdı ki, Zvartnotsa enən ABŞ təyyarələrindən birində İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər yer alıb. Gətirilən qurğuların isə Ermənistanın İranla sərhədində yerləşdiriləcəyi bildirilirdi. Beləliklə, Ermənistanın əlaltından Qərbin anti-İran kampaniyasında da istifadə edilməsi faktı ortaya çıxır. Belə olan halda, İran niyə “qırmızı xəttin” tapdanması ilə bağlı bəyanat səsləndirmir?...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
04 Dekabr 09:52
Dünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46