Cənubi Qafqazın təhlükəsizlik simvolu...
10.10.2024 [08:53]
Son dövrlərdə separatizmə qarşı mübarizədə uğurlu və qəti nəticələr əldə edən yeganə dövlətik
NATO generalı Bakıya niyə gəlib?
2020-ci il Vətən müharibəsindən sonra yaranan hərbi-siyasi situasiya yalnız ərazi bütövlüyümüzün təmini və suverenliyimizin bərpası ilə məhdudlaşmadı - Azərbaycan yeni dövr üçün böyük bir coğrafiyanın mühüm təhlükəsizlik amilinə çevrildi. Bu dövrə qədər də Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində beynəlxalq çağırışların təşəbbüskarı qismində çıxış edirdisə, artıq beynəlxalq təhlükəsizlik müstəvisinə öz töhfələrimizi veririk. Cənubi Qafqazda separatizmin sona çatdrılması, 30 ilə yaxın davam etmiş işğal faktının aradan qaldırılması və beynəlxalq hüququn təmini ölkəmizin bu istiqamətdəki addımlarını özündə əks etdirməkdədir. Azərbaycan son dövrlərdə yeganə ölkədir ki, separatizmə qarşı mübarizədə uğurlu və qəti nəticələr əldə edib. Bu isə təbii olaraq bölgəmizə, xüsusilə də Azərabycana marağı və diqqəti artırır. Son günlərdə aparıcı təhlükəsizlik orqanlarının rəhbərlərinin Bakıya səfəri də bunu təsdiqləyir. Paralel olaraq beynəlxalq terrorizmə qarşı mübarizəni öz fəaliyyətinin prioriteti elan etmiş NATO-nun rəsmi nümayəndəsinin paytaxtımıza səfəri də analoji mahiyyətdən qaynaqlanır. Ümumiyyətlə, son proseslərdən sonra iqtisadi, siyasi, hətta hərbi strukturlar regiona həssas yanaşır, Azərbaycanın yaratdığı yeni reallıqları təftiş və təqdir edir. Bu mənada, NATO-nun da regionla bağlı maraqları anlaşılandır.
Sülh prosesinə əngəl yaratmaqla...
Qeyd edək ki, NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak Bakıya səfər edib. Səfər çərçivəsində NATO nümayəndə heyəti Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar. Daha sonra NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb. General-polkovnik K.Vəliyev NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib. “Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, - deyə general-polkovnik K.Vəliyev bildirib.
Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb. General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
General-leytenant Y.Adamçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
Fransanın revanşizmi yenidən alovlandırmaq istəyi...
Qeyd olunduğu kimi, bu gün bölgədə daim sülhün və sabitliyin bərqərar olmasına ən böyük maneə Ermənistan və onu silahlandıran dövlətlərdir. Xüsusilə Fransa özünün lokal maraqlarını təmin etmək üçün bölgədə yeni kataklizmin yaranmasına çalışır. Revanşizmi alovlandırmaq istəyən Paris paralel olaraq Ermənistana öldürücü silahlar ixrac edir ki, bu da regionda formalaşan sülh prosesinə mühüm əngəllər yaradır. 30 ilə yaxın işğal siyasəti yürütmüş və bölgədə təhdid kimi çıxış etmiş bir dövlətin silahlandırılması isə mənfi tendensiyalara yol aça bilər. Bu, bütövlükdə, qlobal təhlükəsizliyə təhdid yaradır. Çünki Fransanın Ermənistana verdiyi “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli zirehli texnika, MISTRAL 3 zenit-raket kompleksləri, və başqa silahlar kifayət qədər öldürücü mahiyyətə malikdir. Eyni mahiyyət Hindistanın əli ilə Ermənistana çatdırılan Fransa silahlarına da şamil olunur - özünün ixrac etdiyi və istehsalçısı olduğu, amma Hindistanın əli ilə Ermənistana çatdırılan silah-sursatın verilməsinin əsl məqsədi də regionda antisülh ab-havası yaratmaqdır. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir.
Tərəfdaşlığımız müsbət olub...
Halbuki Azərabycanın yaratdığı yeni reallıqlar özündə yeni dövrün çağırışlarını əsaslandırır və əks etdirir. Ölkəmiz yaranan yeni siyasi mənzərəni regionların ümumi əməkdaşlıq platformasına uzlaşdırmaq niyyətindədir. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan bir daha ortaya qoyur ki yerləşdiyimiz bölgə artıq qarşıdurma, rəqabət məkanı deyil, təhlükəsiz tərəfdaşlıq və təhlükəsiz əməkdaşlıq məkanı kimi tanınsın. Eyni zamanda, qlobal iqtisadi nizamda Cənubi Qafqazın fəal iştirakının təmini uğrunda görülən işlər paralel şəkildə təhlükəsizliyin təmini ilə müşayiət olunsun. Bu isə həm də qlobal təhlükəsizliklə bağlı əməkdaşlığı gücləndirir. Azərbaycanın beynəlxalq təhüləksizliyin təminində oynadığı mühüm rol həm də ölkəmizin NATO ilə yaxın əməkdaşlığına əsaslanır - hətta bu ilin martında NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin Bakı səfəri mühüm nüansları ilə yadda qalmışdı. Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında bildirmişdi ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Dövlət başçımız vurğulamışdı ki, tərəfdaşlığımız müsbət olmuşdur.
Beləliklə, ölkəmizin mövqeyi açıq və birmənalıdır - Azərbaycan regionda sülhün, sabitliyin bərqərar olmasını istəyir. Buna mane olan qüvvələrin destruktiv hərəkətləri isə beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

