Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq

Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq

07.10.2024 [21:13]

Türk Dövlətlərinin Kardioloji Cəmiyyətinin yaradılması istiqamətində işlər gedir. Onun loqosu və idarə heyəti rəhbərlik səviyyəsində həll olunur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova deyib.

G.Dadaşova bildirib ki, həmin cəmiyyətin yaradılması dövlətimizin prioritet məsələlərindən biridir: “Çoxdan düşünülən bir layihədir və dövlətin böyük dəstəyi ilə həyata keçirilir. Cəmiyyətdə sadəcə türk dövlətlərinin kardioloqları deyil, həmin ölkələrdə fəaliyyət göstərən rəsmi kardioloji assosiasiyalar da təmsil olunacaq. Biz birlikdə olduğumuz zaman güclüyük. Həm türk dövlətləri kimi, həm də səhiyyə sistemini təmsil edən bir qurum kimi birlikdə çox böyük işlər görə bilərik. Cəmiyyətin yaradılması tibbin müxtəlif sahələrində, xüsusilə kardiologiya sahəsində kadr potensialının gücləndirilməsinə, müştərək konfrans və debatların keçirilməsi ilə türk dövlətlərinin aparıcı mütəxəssislərinin biliklərinin paylaşılması nəticəsində daha keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək.

İnanıram ki, cəmiyyətin yaradılması hər kəs üçün faydalı olacaq və yeni addımlar atmağımıza zəmin yaradacaq”.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31