Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın kamandan oxatma millisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın kamandan oxatma millisi beynəlxalq turnirdə bürünc medal qazanıb

07.10.2024 [19:57]

Tacikistanda kamandan oxatma üzrə keçirilən Prezident Kuboku Azərbaycan idmançıları üçün yaddaqalan olub.

Azərbaycan Kamandan Oxatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə millimiz 3-cü yeri tutub.

Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışlarında bürünc medala yiyələniblər.

Turnirdə Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan da daxil olmaqla ümumilikdə 15 ölkədən idmançı mübarizə aparıb.

Xatırladaq ki, Fatimə Hüseynli və Məhəmmədəli Əliyev bu ilin avqust ayında keçirilmiş kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının fərdi yarışlarında müvafiq olaraq qızıl və gümüş medal əldə ediblər.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31