Azərbaycan sülh yolundadır
07.10.2024 [17:58]
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.Dövlət başçısının bu görüşdəki çıxışı da əvvəlkilər kimi dolğun və məzmunlu idi. Ölkəmizin liderinin bildirdikləri istər yerli ictimaiyyətə, istərsə də beynəlxalq aləmə mesaj notlarının zənginliyi baxımından diqqət çəkirdi.
Bu gün Azərbaycan müstəqil xarici siyasətini yürüdür, onun güclü ordusu dayanıqlı iqtisadiyyatı var. Ölkəmizdə xalq-iqtidar birliyi ildən-ilə daha da güclənir. Məhz buna görə də Azərbaycan özünə arxalanaraq Qərb dövlətlərinə də, Ermənistana da lazimi cavabını verir. Qarabağ münaqişəsinin həlli üçün 30 ilə yaxın müddətdə nə beynəlxalq təşkilatlar, nə də Qərb dövlətləri hər hansı ciddi addım atmadılar. Qərb riyakarcasına özünü elə göstərirdi ki, guya münaqişənin həlli üçün çalışır. Əslində isə onların məqsədi bu münaqişəni həll etmək yox, “dondurulmuş” kimi qələmə verib yaddan çıxarmaq idi. Qərb istəyirdi ki, Azərbaycan bu məğlubiyyətlə barışsın və torpaqlarımızın 20 faizi Ermənistanda qalsın. Lakin həm Ulu Öndər Heydər Əliyev, həm də, Prezident İlham Əliyev bütün beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək Qarabağın Azərbaycana aid olduğunu qeyd etmişdirlər. Prezident İlham Əliyev 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışı zamanı bir daha bu haqda danışaraq demişdir: “Biz bütün beynəlxalq platformalarda haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər”.
Ermənistan bu gün Qərbi dövlətləri, xüsusən də Fransa ilə müttəfiqlik edərək, regionda sabitliyi pozmağa çalışır. Ermənipərəst qüvvələrin ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Adını ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, erməni əhalinin təhlükəsizliyinin təminatına dəstək və sair qoymaqla Ermənistanı kütləvi şəkildə silahlandırırlar.Onların əsas məqsədi Cənubi Qafqazdakı erməni avantürizmini gücləndirməkdir. İstəkləri Azərbaycana qarşı həmin avantürizmdən bəhrələnmək, ölkəmizi daim təzyiq altında saxlamaqla qeyri-bərabər öhdəliklər götürməyimizə nail olmaqdır. Cənab İlham Əliyevin növbəti mesajı da bu yolu tutanlaradır: “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik ”
Yada salaq ki, ölkəmizin lideri xalqa ötən ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı müraciətində Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görməklə bağlı çağırış səsləndirmiş, eyni zamanda, bölgəni daimi konfrantasiyalara çevirmək istəyən, Ermənistanı bu baxımdan alət edənlərə səslənmişdi. Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə də eyni məntiqi qabardıb. Bu məntiqdə İrəvana xəbərdarlığın səslənməsi təbiidir: “Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”.
Göründüyü kimi, Prezident İlham Əliyev hazırda ermənipərəst qüvvələrin, dünya erməniliyinin düşdüyü durumla bağlı son dərəcə doğru təsbit müəyyənləşdirib. Dövlətimizin başçısı bununla əlaqədar məqamları da açıqlayıb və xalqa həqiqəti görmək, dərk etmək və düzgün nəticə çıxarmağın, dostu düşməndən ayırmağın vacibliyi mesajını verib: “Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq”.
Bu gün Azərbaycanın etibarlı bir tərəfdaş dövlət olaraq xeyli sayda müttəfiqləri var. Azərbaycan sülh yolundadır. Sülh prosesində biz yenə də görürük ki, Azərbaycan təşəbbüskarlıq edir. Qərb dövlətləri, xüsusən Fransa, ABŞ kimi dövlətlər yenə də sülh prosesini pozmağa çalışırlar. Ermənistan yenə də Cənubi Qafqaz regionunda təhlükə mənbəyi olaraq qalır. Amma onlar anlamalıdırlar ki, “Dəmir yumruq” hər zaman yerindədir…
Xəbər lenti
Hamısına baxSosial
10 Dekabr 11:08
Siyasət
10 Dekabr 11:07
İqtisadiyyat
10 Dekabr 10:58
Sosial
10 Dekabr 10:38
İqtisadiyyat
10 Dekabr 10:19
Dünya
10 Dekabr 10:15
İqtisadiyyat
10 Dekabr 09:53
Mədəniyyət
10 Dekabr 09:45
Siyasət
10 Dekabr 09:37
Siyasət
10 Dekabr 09:30
İqtisadiyyat
10 Dekabr 09:26
İqtisadiyyat
10 Dekabr 09:19
İqtisadiyyat
10 Dekabr 09:15
MEDİA
10 Dekabr 09:12
Dünya
10 Dekabr 08:59
Analitik
10 Dekabr 08:57
Analitik
10 Dekabr 08:54
Analitik
10 Dekabr 08:51
Analitik
10 Dekabr 08:48
Ədəbiyyat
10 Dekabr 08:44
Dünya
10 Dekabr 08:42
Siyasət
10 Dekabr 08:36
İdman
10 Dekabr 08:33
Xəbər lenti
09 Dekabr 23:47
Ədəbiyyat
09 Dekabr 23:29
Mədəniyyət
09 Dekabr 23:11
Elm
09 Dekabr 22:58
İdman
09 Dekabr 22:37
Dünya
09 Dekabr 22:15
Mədəniyyət
09 Dekabr 21:54
Dünya
09 Dekabr 21:37
Dünya
09 Dekabr 21:34
Hadisə
09 Dekabr 21:12
Siyasət
09 Dekabr 20:51
Sosial
09 Dekabr 20:34
Siyasət
09 Dekabr 20:18
Dünya
09 Dekabr 19:56
Mədəniyyət
09 Dekabr 19:33
Sosial
09 Dekabr 19:12
MEDİA
09 Dekabr 18:54
Siyasət
09 Dekabr 18:51
Xəbər lenti
09 Dekabr 18:49
Siyasət
09 Dekabr 18:30
Sosial
09 Dekabr 18:26
Siyasət
09 Dekabr 18:20
Dünya
09 Dekabr 17:29
İdman
09 Dekabr 17:27
Dünya
09 Dekabr 17:27
İqtisadiyyat
09 Dekabr 17:26
Elm
09 Dekabr 17:19
İdman
09 Dekabr 17:16
Siyasət
09 Dekabr 16:52
Elm
09 Dekabr 16:41
Sosial
09 Dekabr 16:24
Siyasət
09 Dekabr 16:20
Siyasət
09 Dekabr 16:18
Dünya
09 Dekabr 15:42
Dünya
09 Dekabr 15:33
Dünya
09 Dekabr 15:29
Siyasət
09 Dekabr 14:52
Xəbər lenti
09 Dekabr 14:38
Sosial
09 Dekabr 14:00
İqtisadiyyat
09 Dekabr 13:39
Sosial
09 Dekabr 13:38
Gündəm
09 Dekabr 13:37
Dünya
09 Dekabr 13:06
Sosial
09 Dekabr 12:48
Mədəniyyət
09 Dekabr 12:25
Sosial
09 Dekabr 12:23
Hərbi
09 Dekabr 11:53