Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

07.10.2024 [15:37]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanılması prosesi ötən həftə də davam edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son bir həftə ərzində paytaxt və regionlarda 250-dən çox işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub. Onlardan 154-ü istehsal-xidmət, 100-ə yaxını isə kənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb olunanlardır.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb edilənlər üçün əvvəlcə təlimlər keçirilir, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra isə onlar özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31