Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aşıq Ələsgər yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib

Aşıq Ələsgər yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib

07.10.2024 [15:18]

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Prezident İlham Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə və ənənələrinə  hər zaman həssaslıqla yanaşmış və yüksək dəyər vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında etdiyi çıxış  bu yüksək dəyərin daha bir təzahürüdür. Bu abidənin açılışı təkcə Aşıq Ələsgərin xatirəsini yaşatmağın deyil, həm də milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir. 

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi.

Aşıq Ələsgərin abidəsinin açılışı münasibətilə keçirilən tədbirdə iştirak edən dövlətimizin başçısı çıxışında tarixi faktları xatırladaraq bildirmişdir ki, hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi Sovet İttifaqı miqyasında təntənəli şəkildə qeyd edilmiş və yubiley münasibətilə aşığın doğma Ağkilsə kəndində abidəsi ucaldılmışdır. Təəssüflər olsun ki, 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyası dövründə soydaşlarımıza məxsus bütün tarixi-mədəni və dini abidələrimiz kimi, Aşıq Ələsgərin abidəsi də ermənilər tərəfindən dağıdılmışdır. Lakin bu böyük sənətkarın yaradıcılığı Azərbaycan xalqının ürəyində elə dərin bir iz salmışdır ki, 200 il keçəndən sonra yenə də Aşıq Ələsgər öz millətini, Vətənini sevən insan kimi xalqımızın yaddaşında qalmışdır.

Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib.

Prezident İlham Əliyevin  rəhbərliyi ilə eyni zamanda qəhrəman Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoydu, Qarabağın tacı Şuşa başda olmaqla, Qarabağ torpaqları azad olundu. 23 saatlıq antiterror əməliyyatında 200 ilin problemi həll olundu. Prezident İlham Əliyev  tarixi Qələbəmizdən sonra Şuşada dahi Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın ermənilər tərəfindən dağıdılmış abidələrini bərpa etdirdiyi kimi, biz inanırıq ki, Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaq və Aşıq Ələsgərin qəbirüstü abidəsi də bərpa olunacaq.

Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası demək olacaq.

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31