Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT Cənubi Avropada səhra təhlükəsi barədə xəbərdarlıq edib

BMT Cənubi Avropada səhra təhlükəsi barədə xəbərdarlıq edib

07.10.2024 [11:12]

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədri Cim Ski qlobal istiləşmə zamanı Avropanın cənubundakı ölkələrdə səhra ərazilərinin görünməyə başlayacağı barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bütün Avropa, xüsusən də Aralıq dənizi həssasdır: “Biz artıq görürük ki, səhralaşma təkcə Şimali Afrikada deyil, həm də Yunanıstan, Portuqaliya və Türkiyə kimi Avropanın cənub kənarlarında baş verir”.

O vurğulayıb ki, qlobal istiləşmə zamanı bir çox ölkələrdə isti və rütubətli iqlim yarana bilər ki, bu da bir sıra iqtisadi fəaliyyətlərin aparılmasında çətinliklərə səbəb olacaq.

Ekspertin fikrincə, 2100-cü ilə qədər üç dərəcə Selsi qlobal istiləşmə gözlənilir.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31