Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir

Media: Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir

07.10.2024 [10:16]

Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Telegraph” Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadla məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni immiqrant var ki, bu da Fransadan təxminən 2,5 dəfə çoxdur. Fransada 300 minə yaxın qeyri-qanuni miqrant var.

Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur.

İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca qayıqlarla gəlib. Bu da eyni dövr üçün ötən ilin göstəricilərindən 5 faiz çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub - bu il rekord yüksək gündəlik göstəricidir.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31