Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Polşalı pilləkənlərlə velosipedlə tullanmaq üzrə dünya rekordu qırıb

Polşalı pilləkənlərlə velosipedlə tullanmaq üzrə dünya rekordu qırıb

05.10.2024 [23:51]

Polşanın Jeşuva şəhərindən olan Krıstian Herba yeni dünya rekordu qırıb. İdmançı velosipedlə tullanmaq texnikasından istifadə edərək Varşavanın mərkəzində “Varso” qalasının 4 mindən çox pilləkənindən yuxarı qalxıb. Bu, Avropa İttifaqında ən hündür binadır. Bina 53 mərtəbəlidir, şpil ilə birlikdə hündürlüyü 310 metr təşkil edir.

AZƏRTAC Polşa mediasına istinadla xəbər verir ki, Krıstian Herba artıq yeddinci dəfədir Ginnesin rekordçusu olur. Onun sözlərinə görə, bu dəfə ona uğur gətirən təkcə qalxdığı hündürlük deyil, həm də sabit temp olub. Rekordçu qeyd edib ki, qalxandan sonra hətta güc ehtiyatına malik olub, bütün bunlar da yaxşı hazırlıq sayəsindədir.

“Bu rekord ərəfəsində xeyli məşq etmişəm, çox vaxt gündə 30 kilometrdən artıq qaçmışam. Düşünürəm ki, bu da çox dəstək olub. Mənim orqanizmim bilir ki, o, enerji ehtiyatına malik olmalıdır, çünki səni nəyin gözlədiyini heç vaxt bilmirsən. Gələn il bu rekordu 100 faiz yeniləmək istəyirəm. Düşünürəm ki, 4500-4600 pilləkəni qət etmək istəyəcəyəm, lakin hələ buna baxarıq”, - deyə idmançı bildirib.

Qeyd edək ki, bu günə qədər Krıstian Herba 4 qitədəki 13 ölkədə 18 müxtəlif yarışlarda qalib gəlib.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31