Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / MSK sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MSK sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

05.10.2024 [19:31]

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti oktyabrın 6-da Qazaxıstanda keçiriləcək referendumu müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun qazaxıstanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində də sözügedən referendumun izlənilməsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü Qazaxıstan paytaxtında və bölgələrdə yerləşən məntəqələrdə müşahidə aparacaqlar.

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31