Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Braziliya məhkəməsi “Mercedes”i 6,7 milyon avro cərimələyib

Braziliya məhkəməsi “Mercedes”i 6,7 milyon avro cərimələyib

05.10.2024 [18:09]

Braziliyanın əmək məhkəməsi Almaniyanın “Mercedes-Benz” şirkətini işçilərə qarşı ayrı-seçkilik və zorakılıqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, San-Paulu əyalətindəki zavodda yol verilən ayrı-seçkiliyə görə şirkət təxminən 6,7 milyon avro ekvivalentində təzminat ödəməli və əməyin mühafizəsi tədbirləri görməlidir.

Buna baxmayaraq, “Mercedes” qərardan Braziliyanın ali əmək məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Məhkəmə 2004-2019-cu illər arasında Braziliyanın cənubunda yerləşən Kampinas şəhərindəki zavodda iş qəzalarında yaralanan və ya xəstə işçilərin “ləyaqəti alçaldan vəziyyətlərə” məruz qaldığını bildirib.

Qeyd edək ki, Kampinasdakı zavod “Mercedes” şirkətinin Almaniyadan kənarda ən böyük avtomobil hissələri satışı və logistika mərkəzidir.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31