Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “TEKNOFEST”də elektrik yarış bolidi təqdim edilib

“TEKNOFEST”də elektrik yarış bolidi təqdim edilib

05.10.2024 [17:11]

İstanbul Texniki Universitetinin (İTÜ) “Racing” komandası tərəfindən hazırlanmış elektrik yarış avtomobili Adanada keçirilən “TEKNOFEST-2024” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının keçirildiyi ərazidə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, avtomobili yaratmaq üçün İTÜ tələbələri 8 ay vaxt sərf ediblər.

Komandanın kapitanı Bahadır Balcı bildirib ki, avtomobil Avropada keçirilən “Formula Student” yarışlarında iştirak etmək üçün hazırlanıb.

Onun sözlərinə görə, İTÜ tələbələri 2007-ci ildən bu yana cəmi 5 yarış avtomobili yaradıb, onlardan ikisi elektrik mühərriki ilə təchiz edilib.

“TEKNOFEST” festivalında təqdim olunan avtomobil saatda 100 kilometr sürəti 2,7 saniyəyə yığır. Maksimal sürət isə saatda 250 kilometrdir”, - deyən Balcı Adanada festival iştirakçıları və qonaqlar arasında avtomobilə olan yüksək marağa diqqət çəkib. O əlavə edib: “Biz yeni beynəlxalq yarışlarda iştirak etmək üçün avtomobili təkmilləşdirməyi planlaşdırırıq. İTÜ komandası bu il artıq Macarıstan və İtaliyadakı yarışlarda iştirak edib”.

Paylaş:
Baxılıb: 226 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31