Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstanda referendumdan əvvəl “sükut günü” başlayıb

Qazaxıstanda referendumdan əvvəl “sükut günü” başlayıb

05.10.2024 [16:38]

Bu gün, oktyabrın 5-də Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumdan əvvəl “sükut günü” başlayıb.

AZƏRTAC xəbər verir ki, “sükut günü” və bilavasitə referendum keçirilərkən hər hansı təşviqat fəaliyyəti qadağandır.

Oktyabrın 6-da 10 mindən çox, o cümlədən xaricdə 70-dən çox seçki məntəqəsi səsvermə üçün açılacaq. Seçici siyahılarına 12 milyondan çox vətəndaşın adı daxil edilib.

Atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumu 30 ölkədən 177 beynəlxalq müşahidəçi izləyəcək.

Xatırladaq ki, sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində oktyabrın 6-da referendumun keçiriləcəyini bəyan etmişdi. Həmin gün səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarıdan çoxu iştirak edərsə, referendum etibarlı sayılacaq.

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30