Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda avtobus zolağına vaxt məhdudiyyəti tətbiq olunub

Bakıda avtobus zolağına vaxt məhdudiyyəti tətbiq olunub

03.10.2024 [19:37]

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində təşkil edilən avtobus zolağına bu gündən vaxt məhdudiyyəti tətbiq olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.

Qeyd edək ki, A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərir. Həmin marşrut avtobusları ilə gün ərzində 155000-dən çox sərnişin daşınır.

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31