Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Birinci yeri tutan gimnast: Azarkeşlərin dəstəyi yaxşı çıxış etməyimdə mənə kömək oldu

Birinci yeri tutan gimnast: Azarkeşlərin dəstəyi yaxşı çıxış etməyimdə mənə kömək oldu

03.10.2024 [19:14]

"Çıxışım zamanı azarkeşlərin dəstəyini hiss edirdim. Bu, daha yaxşı nəticə göstərməyimdə mənə kömək oldu".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda “Ocaq Sport” klubunun təşkilatçılığı ilə keçirilən bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku”nda qalib olan Əsmər Bağırova deyib.

"Ocaq Sport" klubunun üzvü olan 7 yaşlı gimnast əldə etdiyi nailiyyətə görə məşqçilərinə təşəkkür edib: "Onlar məni yarışa çox yaxşı hazırlaşdırmışdılar. Hər gün mənimlə işləyirdilər. Ona görə də xalçanın üzərinə çıxanda həyəcan hiss etmədim".

Birinci yeri tutan digər 7 yaşlı gimnast Amina Həsənzadə isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib: "Sevincimi ilk olaraq anamla bölüşdüm. O, hər zaman uğurlarıma sevinir. Gimnastikaya çox həvəsliyəm. Növbəti yarışlarda da qızıl medal qazanmaq üçün çalışacağam".

Qeyd edək ki, "Ocaq kuboku"nda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast iştirak edir. Bu gün start götürən yarışa oktyabrın 6-da yekun vurulacaq.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31