Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransa hakimiyyəti “Beşiktaş” azarkeşlərinin “Lion”la səfər oyununa gəlməsinə qadağa qoyub

Fransa hakimiyyəti “Beşiktaş” azarkeşlərinin “Lion”la səfər oyununa gəlməsinə qadağa qoyub

03.10.2024 [18:34]

Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri Avropa Liqasının ümumi mərhələsinin III turunda Fransa “Lion”u ilə səfər oyununa buraxılmayacaq. Bu barədə “RMC Sport” agentliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, xuliqanlıqla mübarizə üzrə milli idarə “Lion”la “Beşiktaş” arasında gözlənilən görüşü çox riskli hesab edib. Türkiyə klubunun azarkeşlərinə, həmçinin Lionun mərkəzində və şəhər ətrafında ödənişli yollarda avtomobil sürmək qadağan olunacaq. Fransa Daxili İşlər Nazirliyi tezliklə müvafiq əmr dərc etməlidir.

“Lion” – “Beşiktaş” matçı oktyabrın 24-nə planlaşdırılıb. Fransa klubu ilk turda öz meydançasında Yunanıstanın "Olimpiakos"una 2:0 hesabı ilə qalib gəlib, “Beşiktaş” isə səfərdə Niderlandın "Ayaks" komandasına 0:4 hesabı ilə uduzub.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31